BAKU Azərbaycan
°C

Rusiya Azərbaycan və Ermənistan arasında tələsik sülhün imzalanmasının “gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacağı”nı hesab edir.

Bu açıqlamanı iki hissədə dəyərləndirmək olar:

Birincisi, vasitəçilik yarışında ABŞ və Avropa İttifaqına uduzan Rusiya prosesi Qərbin inhisarından çıxarmağa çalışır: Qərb masasında tərəflərin sülh sazişini yaxın aylarda, yaxud ilin sonuna kimi imzalaya biləcəyi gözlənilir; Moskva bu prosesdə mövqeyini gücləndirmək üçün yanaşmasına korrektlər etdi və Qarabağdakı erməni əhalisinin gələcəyinin Azərbaycan qanunvericiliyi çərçivəsində həllini dəstəklədi, lakin bu, prosesi Qərbin inhisarından çıxarmaq üçün yetərli deyil, o cümlədən, sülh sazişinin hansı masada – Qərb, yaxud Rusiya – imzalanmasından asılı olmayaraq, yaxın dövrdə reallaşması rusların bölgədəki rıçaqlarının zəifləməsi ilə nəticələnək; Moskva Bakı-İrəvan xəttində Qarabağ üzərindən saxladığı təsir rıçaqlarını yeni platformaya köçürməmiş prosesin yekunlaşmasını istəmir;

İkincisi, Rusiya mümkün sülh sazişini “yeni münaqişələr və faciələr xəbərdarlığı” ilə təhdid edir və bununla tərəfləri Qərbin vasitəçiliyindən çəkindirmək, həm də bu vasitəçiliyin təhlükəli olduğu rəyini yaratmaq istəyir;

Rusiyanın niyyəti bəllidir, lakin əsas suallardan biri “yeni münaqişələr və faciələr yarana bilər” dedikdə nəyi nəzərdə tuturlar.

Qərb masasında sülh müqaviləsinin imzalanması Qarabağda Bakı və Moskvanın üz-üzə qalması riskini yaratsa da, Azərbaycanın “Qarabağ daxili məsələmizdir” mövqeyini gücləndirəcək və 10 noyabr bəyannaməsi sıradan çıxacağı üçün Rusiya sülhməramlılarının 2025-ci ildən sonra qalması imkanını sual altına salır: Moskva Bakı-İrəvan xəttində özü üçün yeni “dayaq nöqtəsi” tapmadan tərəflərin anlaşmasını istəmir, əgər proses nəzarətindən çıxacaqsa, Qarabağda “etnik münaqişə”nin qızışdırılması ssenarilərini tətbiq edə biləcəyi istisna deyil, “yeni münaqişə, yeni faciə xəbərdarlığı” da daha çox buna işarə hesab edilə bilər.

Məhz buna görə Kreml “prioritet sürət deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanması olmalıdır” deyir. Prosesi uzatmaq üçün istifadə etdiyi gedişlərdən biri də Azərbaycan və Ermənistan arasında “parlamentlərarası əlaqələr” və s. kimi “xalq diplomatiyası”nın başqa forması ilə bağlı təklifləridir.

Uzunmüddətli sülh üçün ictimai əlaqələr vacibdir, lakin bu, sülh müqaviləsinin imzalanmasının uzanması riski baxımından, Azərbaycanın maraqlarına cavab vermir. Çünki geosiyasi situasiya və bunun regiona təsiri mövcud siyasi balansı dəyişə, Ermənistanın əlini gücləndirə bilər. Və bu, həm nəqliyyat dəhlizlərinin açılmasını, həm Qarabağdakı separatizmin ləğv edilməsini, həm də zamanı çatanda sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasını çətinləşdirəcək.

Azərbaycan qalib ölkə kimi öz gündəliyinə uyğun sazişi imzalamaq niyyətindədir.

Son xəbərlər

Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən idi

Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Bu həftə sonu bu bürclərin bəxti açılacaq: Hədiyyə, xoş xəbər, sürpriz...

Qonşu ölkə işıqsız qaldı

Tanınmış futbolçu faciəvi şəkildə öldü - FOTO

İstirahət gününün HAVASI

Bir günə 22 min manat

Bu qurumun işçilərinin sayı artırıldı

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Ancaq özlərini düşünən BÜRCLƏR: dünya-aləm veclərinə deyil

"Üzeyiri nümunə göstərmək FACİƏDİR"

"Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..."

23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

ABŞ İraqı bombalayanda 150 milyon rus dua etdi - Səfir

Maskın uşaqlarının analarına şok təklifi ortaya çıxdı

Bu klub Mahiri transfer etmək istəyir

İrem ana olacaq - FOTO

Qızıldan tort satışa çıxarıldı - FOTO

Kommunal qiymətlərin artımına görə anasını öldürdü

Bütün xəbərlər