BAKU Azərbaycan
°C

Yeraltı nəqliyyatdan istifadə edən sərnişinlər metroda “BakıKart”ın ləğv ediləcəyindən narahatdırlar.

Ötən gün “Bakı Metropoliteni” QSC-nin iki stansiyada pilot layihənin tətbiqinə başlaması sərnişinlər arasında anlaşılmazlığa səbəb olub.

Məsələ ilə bağlı Oxu.Az-a daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq quruma sorğu ünvanladıq. “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, bu, pilot layihədir və əhali arasında layihənin hansı formada uğurlu olması izləniləcək:

“Cəmiyyət arasında “BakıKart”ın ləğv edilməsinə dair yayılan şayiələr həqiqəti əks etdirmir. Əksinə, ödəniş üçün üsulların çoxsaylı olması sərnişinlərin rahatlığı üçün önəmlidir. Təxminən pilot layihə bir ay müddətində həm texniki tərəfdən yoxlanılacaq, həm də sərnişin məmnuniyyəti hesablanacaq. Eləcə də, digər məsələlər müşahidə edildikdən sonra layihə metronun “Avtovağzal”, “Memar Əcəmi” stansiyalarında, daha sonra isə “yaşıl” və “qırmızı” xətlərin stansiyalarında tətbiq ediləcək. İlin sonuna qədər bu işlərin əksəriyyəti yekunlaşacaq və bütün stansiyalarda tətbiq olunacaq. Daha sonra növbəti ildən ödənişlərin bank kartları vasitəsilə aparılması məsələsinə də baxılacaq.

Layihənin önəmli cəhəti və rahatlığı mobil telefonların hər zaman üstümüzdə olmasıdır. Ödənişi QR kod vasitəsilə etməyi seçən sərnişinlərin plastik kartı almağa və üstündə gəzdirməyə ehtiyac olmayacaq. QR kodun üstünlüklərindən biri də balansı gözünüzlə görməyinizdir”.

Xatırladaq ki, tətbiq edilən pilot layihə ilə “BakıKart” plastik kartına ehtiyac olmadan gediş haqqını mobil tətbiqdə yaradılan QR bilet vasitəsilə də ödəyə bilərsiniz. Bunun üçün QR bölməsinə keçib, “QR yaradın” düyməsini sıxdıqdan sonra bir gedişlik QR bilet yaradılır. QR bilet yaradılarkən pul kisəsinin balansında bir gediş üçün minimum 1 manat olduğuna əmin olun. Belə ki, QR bilet yaradıldıqda pul kisəsinin balansından 1 manat bloklaşdırılır və QR biletdən ictimai nəqliyyatda istifadə etdikdən sonra gediş haqqı məbləği bloklaşdırılan məbləğdən çıxılır və geriyə qalan məbləğ pul kisəsinə qaytarılır. Gediş haqqını ödəmək üçün yaradılmış QR bileti avtobuslarda yerləşən oxuma cihazının kamerasına və ya metroda turniketin üzərində yerləşən kameraya yaxınlaşdırmaq lazımdır.

Hər bir QR kod unikaldır. Bir gediş üçün keçərlidir və yaradıldığı andan beş dəqiqə ərzində etibarlıdır. QR bilet beş dəqiqə ərzində istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və bloklaşdırılan məbləğ yalnız 72 saat ərzində pul kisəsinə geri qaytarılır. Ödəniş üçün olan turniketlərin ümumi sayı 356-dır.

Son xəbərlər

Bakıda daha bir yolda DƏYİŞİKLİK - VİDEO

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

ABŞ-nin yeni səfiri Azərbaycana gəlib

Moskvada fövqəladə xəbərdarlıq edildi

Xameneinin ölümünə hazırlıq – Varis seçimi gedir

“HƏMAS razılaşmanı pozdu” - Netanyahu

AVRO-2024-ün final mərhələsinin püşkü atıldı

Məşhur cütlük 14 ildən sonra boşanır

Hikmət Hacıyev Dubayda sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım etdi

Qəzza İslam Universitetinin rektoru həlak oldu

Xoşbəxt ailə qurmaq istəyirsinizsə belə şəxslərdən qaçın!

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” - Ərdoğan

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” - Ərdoğan

Kürdəmirdə ağır qəza: xəsarət alanlar var

Qərbin Ermənistana ixracı 200% artıb, Brüssel hara baxır?

ABŞ, Böyük Britaniya və Aİ-dən 3 ölkəyə XƏBƏRDARLIQ

Futbolçumuz Albaniya klubunda növbəti qolunu vurdu

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

Sürücülərə Bakının əsas prospektlərindən biri ilə bağlı mühüm xəbərdarlıq

Gömrük limiti ilə bağlı rəsmi açıqlama

Bütün xəbərlər