BAKU Azərbaycan
°C

Nərimanov Rayon Məhkəməsinin yutub kanallarından birinə qarşı məhdudlaşdırma qərarı çıxarması barədə məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə edilmiş paylaşımlarda məsələnin əsl mahiyyətinin nədən ibarət olduğu bildirilməyib.

Əldə etdiyimiz məlumata görə, söhbət “Hürriyyət” qəzetinin eyniadlı yutub kanalından gedir. Kanala girişin məhdudlaşdırılması ilə bağlı Baş Prokurorluq məhhkəməyə ərizə ilə müraciət edib.  

Mülki qaydada edilmiş müraciətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi maraqlı şəxs qismində tanınıb. Prokurorluq müraciətini onunla əsaslandırıb ki, “Hurriyet TV” kanalında yayılması qanunla qadağan edilən informasiyalar yayılıb.

"İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-2.3.11-cü maddəsinə əsasən də qanunla yayılması qadağan edilən digər informasiyaların yayılması yolverilməzdir. Bu cür hallar müəyyən edildikdə isə müvafiq icra orqanı qanuna uyğun olaraq məhkəməyə müraciət edə bilər.

Bu yaxınlarda sözügedən qanunu pozduğuna görə “Hürriyyət qəzeti Redaksiyası” MMC-nin baş redaktoru Vüqar Məmmədov inzibati məsuliyyətə cəlb edilib.

Ərizəyə hakim Aytən Novruzovanın sədrliyi ilə baxılıb.

Məhkəmə belə qənaətə gəlib ki, Mülki Prosessual Məcəllənin 216-220-ci, 355-20-ci, 355-21-ci 355-22-ci maddələri rəhbər tutulmaqla Baş Prokurorluğun ərizəsi təmin edilməlidir. Qərara əsasən “Hurriyet TV” yutub kanalına giriş məhdudlaşdırılıb.

Son xəbərlər

Bakıda daha bir yolda DƏYİŞİKLİK - VİDEO

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

ABŞ-nin yeni səfiri Azərbaycana gəlib

Moskvada fövqəladə xəbərdarlıq edildi

Xameneinin ölümünə hazırlıq – Varis seçimi gedir

“HƏMAS razılaşmanı pozdu” - Netanyahu

AVRO-2024-ün final mərhələsinin püşkü atıldı

Məşhur cütlük 14 ildən sonra boşanır

Hikmət Hacıyev Dubayda sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım etdi

Qəzza İslam Universitetinin rektoru həlak oldu

Xoşbəxt ailə qurmaq istəyirsinizsə belə şəxslərdən qaçın!

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” - Ərdoğan

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” - Ərdoğan

Kürdəmirdə ağır qəza: xəsarət alanlar var

Qərbin Ermənistana ixracı 200% artıb, Brüssel hara baxır?

ABŞ, Böyük Britaniya və Aİ-dən 3 ölkəyə XƏBƏRDARLIQ

Futbolçumuz Albaniya klubunda növbəti qolunu vurdu

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

Sürücülərə Bakının əsas prospektlərindən biri ilə bağlı mühüm xəbərdarlıq

Gömrük limiti ilə bağlı rəsmi açıqlama

Bütün xəbərlər