Aktual
25.09.2023 / 14:38
373
Samvel Babayan Xankəndidən İrəvana qaçdı
Qarabağda baş verən son hadisələrlə əlaqədar erməni separatçıların rəhbərliyində təmsil olunanların kürkünə birə düşüb.
Onlar hər necə olursa olsun, qaçıb aradan çıxmağa çalışırlar. Bu da əbəs deyil, Azərbaycan Qarabağda soyqırımları törətmiş separatçıların cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib .
Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Qarabağ separatçılarının “keçmiş müdafiə naziri”, xuntanın qondarma “parlament”ində təmsil olunan Samvel Babayan artrıq Ermənistanda olduğunu bildirib.
“Artıq Ermənistanda, İrəvandayam”, - deyən Babayan erməni jurnalistin başqa suallarına cavab vermək istəməyib. Onun Qarabağdan Ermənistana necə keçdiyi məlum deyil.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay