BAKU Azərbaycan
°C

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinin əsas ayinlərinin icrasına başlayıblar.

Gundem.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarətinin əsas hissəsi hesab olunan mərhələ üç-dörd gün davam edəcək:

"Zəvvarlarımız ehrama girib Məkkə şəhərinin 24-cü kilometrliyində yerləşən Ərəfat çölünə gedəcəklər. Qurban bayramı günü sübh azanından gün çıxanadək Ərəfatla Mina dağının arasındakı Məşərül-Həram adlanan ərazidə dayanılacaq. Gün çıxandan sonra zəvvarlar Mina dağına qalxmalıdırlar. Burada gün batanadək hər bir zəvvar şeytana yeddi dənə daş atmalıdır. Daha sonra üç gün ərzində hər kəs Həccin əsas atributlarından olan qurbanlıq heyvan kəsməli, ardınca Mina dağına qalxmalıdırlar".

QMİ rəsmisi vurğulayıb ki, ziyarətçilər daha sonra Kəbəyə qayıdacaqlar: "Burada Kəbə təvaf (yeddi dəfə dövrə vurmaqla) ediləcək. Zəvvarlar Kəbənin ətrafında dövrə vurduqca dua oxumalıdırlar. Sonra iki rükət təvaf namazı qılınmalıdır. Təvaf namazını qılan zəvvar müqəddəs Zəmzəm suyundan içib Səfa və Mərvə dağları arasındakı məsafəni 7 dəfə qət etməlidir. Nəhayət, Həccin sonuncu əməli olan təvafi-nisa yerinə yetirilməlidir. Yəni niyyət edilərək Kəbənin ətrafında dövrə vurmalı və ardınca iki rükət namaz qılmalıdırlar. Həcc əməllərini yerinə yetirən müsəlmanlar sonda Məkkədə vida təvafı etməli, daha sonra İslamın ikinci müqəddəs şəhəri olan Mədinəyə gedərək Məhəmməd peyğəmbərin və digər müqəddəslərin məzarlarını ziyarət etməlidirlər".

Son xəbərlər

Universitetlərdəki ixtisaslar əmək bazarının tələblərinəcavab verirmi?

Ermənilər Tovuzda kəşfiyyat uçuşlarına CƏHD ETDİ - RƏSMİ

Ağadadaş Ağayevlə mühafizəçi haqda QƏRAR VERİLDİ - FOTO

Mehriban Xanlarovaya AĞIR İTKİ - FOTO

Məşhur müğənni BOŞANIR - FOTO

Azərbaycanda vəzifəli şəxs xidməti otağında ÖLDÜ

Azərbaycan Serbiyanı COP29-a DƏVƏT ETDİ

Kreml: "Putinin Türkiyəyə səfərinə hazırlıq gedir"

Moldovanın maliyyə naziri İSTEFA VERDİ

Cazibədar müğənni Sofi Fayro klipini təqdim etdi - VİDEO

Gürcüstan axtarışda olan şəxsi Ermənistana TƏHVİL VERDİ

Qadını öldürməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərildi

Bu yerlərdə dayanan avtomobillər CƏRİMƏLƏNƏK - RƏSMİ

Emin Ağalarovbacısının nişanlısını belə TƏQDİM ETDİ

Polad Bülbüloğlu deputatlığa namizəd olacaq?

Tələbələrin köçürülməsinə BAŞLANILDI

Bu rayonda işıq OLMAYACAQ - XƏBƏRDARLIQ!

Tramp Baydenlə Harrisi rüsvayçılıq nümunəsi ADLANDIRDI

Cavanşir Feyziyev: “Əhməd Kabaklı Türkiyə – Azərbaycan ədəbiyyatşünaslıq elmində təməl cığırları açan abidə şəxsiyyətdir”

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar AŞKAR ETDİ

Bütün xəbərlər