"Xəyanət edən kişini bağışlamaq böyük səhvdir" - Psixoloqdan ÇAĞIRIŞ!
Bir çox qadınlar yoldaşının xəyanəti ilə üzləşirlər. Ərinin sevgilisinin olduğunu öyrənən qadınlar, əsasən, səhv addımlar atırlar və yaxud nə edəcəklərini bilmirlər.
Bəs yoldaşının xəyanətini bilən qadın nə etməlidir?
Gündəm.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Asya Rüstəmli bildirib ki, bunu öyrənən zaman məsafə qoymaq ən vacib şərtlərdən biridir.
"Hər bir qadının maddi azadlığının olması olduqca önəmlidir. Heç nə demədən həmin insandan uzaqlaşmaq daha doğru addımlar atmağa kömək edəcək".
Psixoloq qeyd edib ki, qışqırmaq, mübahisə yaratmaq, yoldaşının üzr istəməsini gözləmək və ağlamaq qadınların etdiyi böyük səhvlərdəndir.
"Bu, yoldaşının özünə bəraət qazandırmasına şərait yaradır. Onun sevgilsini araşdırmaq və onunla danışmaq da qadınların etdiyi səhv davranışlardandır. Çünki qarşısındakı qadın onun qürurunu alçaldacaq ifadələr işlədəcək. Bu isə xəyanətə uğrayan qadında travmaların yaranmasına və özgüvənin itməsinə səbəb olacaq. Xəyanət edən kişini bağışlamaq da çox böyük səhvdir. Çünki o, bir müddət sonra yenidən xəyanət etməyə davam edəcək".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay