BAKU Azərbaycan
°C

 Azərbaycan Könüllülər İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Könüllülər” layihəsinə start verir.

Layihənin məqsədi:

Gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla birgə fəaliyyətə həvəsləndirmək, onları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir. Eyni zamanda layihə 2024-cü ildə Azərbaycanda elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” və COP 29 kimi əhəmiyyətli tədbirlərin keçirildiyi vaxtda ətraf mühitin mühafizəsinə xidmət etməklə keçiriləcək tədbirlərə dəstək olmaq məqsədi daşıyır.

Layihə çərçivəsində Bakı şəhərində 4 gün ərzində 50 nəfərə yaxın iştirakçıya “Ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması”, “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu” və s. kimi istiqamətlərə uyğun olaraq gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması,həmçinin könüllülərin iştirakının stimullaşdırılması mövzularında görüşlər və praktiki məşğələlər təşkil ediləcək.

Qeyd olunan mövzular üzrə keçiriləcək seminarlarda ixtisaslaşmış ekspertlərlə görüşlər təşkil olunacaq. Layihə müddətində eyni zamanda “Gəlin şəhərimizi təmiz saxlayaq” devizi altında təmizlik kampaniyası və infotur keçiriləcək.

Layihədə iştirak etmək üçün aşağıda qeyd olunan link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərsiniz. Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edə biləcəklər.

Müraciət üçün son tarix: 18 iyul 2024-cü il saat 18:00

Ərizə forması: //forms.gle/g1FnJNhzEDTnUoeZ9

Əlaqə vasitəsi: [email protected]

Son xəbərlər

“Zirə” hücumçusu ilə vidalaşdı

"Hündür ağacların altında dayanmayın"- Əhaliyə xəbərdarlıq

İlham Əliyev Xocalının Ballıca kəndində bir qrup sakinlə görüşüb

Hava kəskin soyuyur - FHN xəbərdarlıq etdi

Ərdoğanla Zelenskinin fotosu gündəm oldu

Vüsalənin həyatında kim var? - FOTO

Prezident Xankəndi tikiş fabrikinin fəaliyyəti ilətanış oldu

Füzulidə maşın traktorla toqquşdu - Azyaşlı öldü

Təyyarə qəzası ilə bağlı yekun hesabat bu tarixə qədər açıqlanmalıdır

Bakıda orta aylıq əməkhaqqı artıb

Hadisə konsertində çətin vəziyyətə düşdü - VİDEO

Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub

Qaxda şəlalə dondu - VİDEO

Cəbrayıla növbəti köç karvanı yola salınıb

Azadlıq prospektində maşın aşdı, 2 qadın yaralandı - VIDEO

Prezident Xankəndinə getdi

Azərbaycan nefti bahalaşdı

1091-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Tolik Röyadan yazdı: “Çuşka yığını...” -VİDEO

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb - FOTOLAR

Bütün xəbərlər