BAKU Azərbaycan
°C

Ölkə ərazisində isti havalar müşahidə olunur. Digər tərəfdən, açıq şəraitdə, günün altında işləmək məcburiyyətində qalan xeyli insan var. Bəzən isə temperatur hətta 40 dərəcəyə çatanda belə açıq havada işləyənlərə güzəşt edilmədiyi barədə eşidirik.

İsti hava şəraitində işçilərin hüquqları nədən ibarətdir?

Gundem.az bildirir ki, əmək qanunvericiliyinə əsasən, havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində, eləcə də, havanın temperaturu 41 dərəcə selsidən çox olan sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. 

“İşlərin dayandırılması və işçilərə sərinləmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir”, - qanunda bildirilir.

Qanuna əsasən, iş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılır.   (Sfera.az)

 

Son xəbərlər

Bu qaydanı pozanlar 15 min manat cərimələnəcək

Dəmir yolunda qaydaların pozulmasına görə cərimələr artırılır

Təyyarədə siqaret çəkənlər 500 manat cərimələnəcək

Bu hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır

Xankəndidə Zəfər parkının təməli qoyuldu - YENİLƏNİB

“Zirə” hücumçusu ilə vidalaşdı

"Hündür ağacların altında dayanmayın"- Əhaliyə xəbərdarlıq

İlham Əliyev Xocalının Ballıca kəndində bir qrup sakinlə görüşüb

Hava kəskin soyuyur - FHN xəbərdarlıq etdi

Ərdoğanla Zelenskinin fotosu gündəm oldu

Vüsalənin həyatında kim var? - FOTO

Prezident Xankəndi tikiş fabrikinin fəaliyyəti ilətanış oldu

Füzulidə maşın traktorla toqquşdu - Azyaşlı öldü

Təyyarə qəzası ilə bağlı yekun hesabat bu tarixə qədər açıqlanmalıdır

Bakıda orta aylıq əməkhaqqı artıb

Hadisə konsertində çətin vəziyyətə düşdü - VİDEO

Qaxda şəlalə dondu - VİDEO

Cəbrayıla növbəti köç karvanı yola salınıb

Azadlıq prospektində maşın aşdı, 2 qadın yaralandı - VIDEO

Prezident Xankəndinə getdi

Bütün xəbərlər