BAKU Azərbaycan
°C

“Adətən iltihabi xarakter daşıyan ağciyər xəstəliklərinin yaranmasında ətraf mühitin mənfi faktorlarının, bununla yanaşı, düzgün olmayan həyat tərzi kimi amillərin böyük rolu var”.

Gundem.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında həkim-pulmonoloq Aygül Abbasova deyib.

O qeyd edib ki, istehsalat tullantıları, orqanik və qeyri-orqanik tozlar, buxar və qazlar, aktiv və passiv siqaret çəkmək, uşaq yaşlarında təsadüf edilən və sonradan tez-tez müşahidə olunan tənəffüs yollarının xroniki iltihabı, allergiyalar, immun sistemindəki zəiflik, sanitar-gigiyenik qaydalara düzgün riayət olunmaması kimi faktorlar ağciyər xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. “Bu zaman öskürək, halsızlıq, bədən temperaturunun artması, bəlğəmli öskürək kimi şikayətlərlə müraciətlər daha çox olur”, - mütəxəssis əlavə edib.

Həkim-allerqoloq Reyhan Paşayeva isə qeyd edib ki, ağciyər xəstəlikləri zamanı adətən öskürək, bəlğəm ifrazı, təngnəfəslik, tənəffüs çatışmazlığı, boğulma, döş qəfəsində sıxıntı, yüksək temperatur, tərləmə, kürək nahiyəsində ağrılar, halsızlıq və bəzi hallarda qan tüpürmə kimi simptomlar müşahidə edilir:

“Ağciyər xəstəliklərinə bütün yaş qruplarında rast gəlmək mümkündür. Kişilərdə daha çox ağciyərin xroniki obstruktiv xəstəliyi müşahidə edilir. Çünki kişilərdə əksər hallarda aktiv və ya passiv formada siqaret çəkmək ağciyər xəstəliklərinin yaranmasına gətirib çıxarır. Belə olduqda isə xəstəlik ağırlaşır və tənəffüs çatışmazlığına səbəb olur. Nəticədə, xəstənin nəfəs alıb-verməsi xeyli çətinləşir. Bəzi insanlarda isə toza, tüklərə, kəskin qoxulara, qidalara, müəyyən qrup dərman preparatlarına qarşı allergik həssaslıq çox olur. Bunun özü də ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. Müalicə olunmadıqda isə sonrakı mərhələdə ağırlaşmalara gətirib çıxarır”.

Mütəxəssislər bildirirlər ki, müalicə prosesi ilk növbədə profilaktikadan başlayır: “Ağciyər xəstəliklərindən qorumaq üçün əvvəlcə soyuqdəymədən, qrip infeksiyasından, toz və allergiya verə bilən faktorlardan uzaq durmaq, eyni zamanda hava şəraitinə uyğun geyimlər seçmək, zərərli vərdişlərdən uzaq olmaq, düzgün qidalanma qaydalarına riayət etmək, bol maye içmək, artıq çəkidən azad olmaq lazımdır”.

Həkim-mütəxəssislər vurğulayıblar ki, vaxtında və düzgün müalicə aparılmasa, ağciyər xəstəlikləri daha da ağırlaşır, xroniki hala çevrilir: “Belə hallarda isə xəstəliyin müalicəsi daha uzun zaman ərzində mümkün olur, fəsadları da daha ağır ola bilər. Ona görə də zamanında həkimə müraciət etmək lazımdır ki, ağırlaşmalar baş verməsin”.

Son xəbərlər

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - Tarixlər açıqlandı

Pakistan Prezidentindən İlham Əliyevə MƏKTUB

"Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq"

Minlərlə azərbaycanlı, tək missiya - Məqsəd BİRLİKDİR

İran hava məkanı bu tarixə qədər bağlı qalacaq

Prezident qəbul keçirdi - FOTOLAR

Rusiya Sumda 2 kəndi ələ keçirdi

"29 soydaşımız Azərbaycan üzərindən İranı tərk edib" - İtaliya XİN

Bakıda içkili sürücü “ayıq sürücü” xidməti çağırmaq əvəzinə görün nə etdi – VİDEO

Məşhur müğənni axtarışa verildi

Soğanı bu cür doğrasanız gözünüz yaşarmayacaq

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi

Sabah 34 dərəcə isti olacaq

Ermənistan buna hörmətlə yanaşmalıdır - Prezident

Azərbaycanda yeni qurum yaradıldı

Rusiyanın dövlət televiziyasında ərazi bütövlüyümüzə qarşı növbəti hörmətsizlik

Bəzi ixtisaslarda keçid balları arta bilər – DİM sədri

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Partlayış səslərinə görə təşvişə düşməyin! - MN

“Döyüş başlayır”

Bütün xəbərlər