BAKU Azərbaycan
°C

Cari ilin 7 ayı ərzində DYP tərəfindən 251 avtoxuliqanlıq faktı aşkarlanıb.

Bu barədə Gundem.az-a qurumdan məlumat verilib. Bildirilib ki, məhkəmələr tərəfindən bu əməli törədən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən sərt sanksiyalar tətbiq edilib.

“Əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlığın qərəzli əməl olması, insanların həyat və sağlamlığını təhdid etməsi barədə dəfələrlə deyilməsinə, bu təhlükəli davranışa qarşı görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, təəssüf ki, hələ də belə neqativ hallarla rastlaşırıq.

Konstruksiya dəyişikliyi edilmiş, dövlət qeydiyyat nişanları çıxarılmış, üzərində təhrikedici sloqanlar həkk olunmuş avtomobillərlə ictimai qaydanı kobud şəkildə pozan avtoxuliqanlar, bu azmış kimi törətdikləri əməlləri sosial şəbəkələrdə yayaraq dırnaqarası qəhrəmanlıqlarını təbliğ etməkdən çəkinmir, uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına zərbə vurduqlarının fərqinə varmırlar”, -  qurumdan qeyd olunub.

Baş Dövlət Yol Polisi İdarəsi isə bu sahədə bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirib. Həmçinin sözügedən qurum bir daha avtoxuliqanlığa meyilli olan şəxslərə müraciət edərək onları cəmiyyət üçün təhlükəli olan davranışlardan çəkinməyə, gənc nəsilə faydalı əməllərlə örnək olmağa çağırıb.(sfera.az)

Son xəbərlər

Azərbaycanın avtomobil bazarı “hibridləşir” - Yeni mənzərə

Bakı Azərbaycan iqtisadiyyatının ağırlıq mərkəzinə çevrilib - TƏHLİL

Taksidən istifadə edənlərin sayı niyə azalır? - STATİSTİKA

Türkiyədə zəlzələ: Dağıntı və tələfat...

""Covid XEC" variantı sürətlə yayılır, havalar soyuduqca..." - HƏYƏCAN TƏBİLİ

Husilər ABŞ-yə məxsus PUA-nı VURDULAR

Nikol PaşinyanStefan Sejurneilə Ermənistan-Azərbaycan sülh razılaşmasını MÜZAKİRƏ ETDİ

Məşhur aktyor "Arka sokaklar"da - FOTO

Maykl Ceksonun qardaşı VƏFAT ETDİ

Azərbaycanın ixracı azaldı, idxalı artdı - Profisitin kiçilməsinə SƏBƏB NƏDİR?

Ağadadaş Ağayev məhkəməyə verildi - Banka olan borcunu... - TƏFƏRRÜAT

Nazir: "Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək istəyənlər var"

Nazir: "Bu tədris ilində Cəbrayıl və Kəlbəcərdə yeni məktəblərin açılışı planlaşdırılır"

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

"Adaptasiya problemini yaradan valideynlərdir" - Psixoloq çıxış yolunu GÖSTƏRDİ

Kişilər niyə daha tez qərar verirlər? - AÇIQLAMA

"Barselona"nın futbolçusu ZƏDƏLƏNDİ

Fransanın Aİ komissarı İSTEFA VERDİ

Bu qidalar xərçəng və diabet riskini ARTIRIR - Mütəxəssisdən XƏBƏRDARLIQ!

Böyük Britaniyanın Baş naziri Meloni ilə GÖRÜŞDÜ

Bütün xəbərlər