BAKU Azərbaycan
°C

Sosial şəbəkələrdə "Naxçıvan" Universiteti MMC-nin ləğv edilməsi ilə bağlı məlumatlar yayılıb.
 
Gundem.az saytı məsələ ilə bağlı universitetin insan resursları və karyera planlaması şöbəsinin müdiri Ellada Mahmudova ilə əlaqə saxlayıb.

Bildirilib ki, universitet 30 iyun tarixindən fəaliyyətini dayandırıb. Hazırda təhsil müəssisəsinin yerində hərbi kollec fəaliyyət göstərir. Həmçinin kreditorlar iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirə bilərlər.
 
Qeyd edək ki, MMC 1999-cu ildə qeydiyyata alınıb, rəsmi təmsilçisi Anar Kazımov, nizamnamə kapitalı 500 manatdır.

Naxçıvan Universiteti 1994-cü ildən 1999-cu ilə kimi Naxçıvan bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağı idi.
 
Bu ilin fevral ayında Naxçıvan Universitetinin bağlanması ilə bağlı nazirliyə müraciət olunub. Universitetin bağlanması təsisçinin qərarıdır. Universitetdə təhsil alan 4-cü kurs tələbələri bu il məzun olacaqlar. Aşağı kurslarda təhsil alan tələbələr isə başqa universitetlərə köçürüləcək. (Sfera.az)

Son xəbərlər

Bakıda bu yol bir neçə saat bağlı olacaq

Rus ordusu Volnoye Poleni ələ keçirdi

Tramp 11-ci dəfə baba oldu - FOTO

Bu həkimlər 9000 manat cərimələnəcək

Kartdan pul çəkənlər daha tez tapılacaq - Yeni qayda

Bəzi ərazilərdən Azərbaycana ət məhsullarının gətirilməsinəməhdudiyyət qoyuldu

Azərbaycan dili imtahanının nəticələri açıqlandı

Ermənistanda zəlzələ oldu

Ev sahibinin ayaqqabısı Ərdoğanın marağına səbəb oldu - VİDEO

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Kirayə qalanlara ŞAD XƏBƏR

Təhsildə müasir TRENDLƏR - Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi –FOTO/VİDEO

Pensiya alanların nəzərinə - Dəyişiklik edilir

Məktəblərin bağlanma vaxtı dəyişə bilər

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - Canlı

İstiliyin verilməsinin vaxtının dəyişdirilir

Bakı metrosunun bir xəttində ancaq YENİ NƏSİL qatarlar olacaq – RƏSMİ

Emmanuel Makron Prezident İlham Əliyevlə görüşdü - VİDEO

Prezident İlham Əliyev Albaniyada Böyük Britaniyanın Baş naziri Kir Starmerla görüşüb

İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğanla görüşüb

Bütün xəbərlər