BAKU Azərbaycan
°C

Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi” qaydalarını təsdiq edib. 

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, yeni qaydalara əsasən, hərbi qulluqçuların götürdükləri ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək. 
Millət vəkili qeyd edib ki, sənədə əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi veriləcək. Belə ki, güzəştli ipoteka kreditinin verildiyi tarixə ilkin ödəniş və aylıq annuitet ödənişlərinin bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Maliyyə dəstəyinin həcminə gəldikdə isə yeni qaydalara əsasən, ilkin ödəniş üçün maliyyə dəstəyi ipoteka kreditinin maksimal məbləğinin 15 faizindən yuxarı olmamaq şərti ilə veriləcək. Annuitet ödənişləri üzrə isə maliyyə dəstəyi belə ödənişlərin 50 faizi həcmində olacaq. 

V.Bayramov qeyd edib ki, maliyyə dəstəyi almaq istəyən hərbi qulluqçularımız “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə müraciət edə bilərlər:

“Maliyyə dəstəyi göstərilməsi üçün Müdafiə Nazirliyinin bu məqsədlə açılmış bank hesabında vəsait saxlanılacaq. Maliyə dəstəyi daha konkret olaraq Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə veriləcək. Eyni zamanda, bu dəstək 2024–2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən Azərbaycan vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir”.

Deputat vurğulayıb ki, Azərbaycan prezidentinin son fərmanı hərbi qulluqçularımızın sosial müdafiəsini gücləndirmək və mənzil təminatını daha da yaxşılaşdırmaqla yanaşı gəncləri hərbi sahədə təhsil almağa təşviq edəcək.

Son xəbərlər

Sağlamlıq üçün gündə nə qədər zülal qəbul edilməlidir? – AÇIQLAMA

6 min manat müavinəti belə ala bilərsiniz - Lazım olan SƏNƏDLƏR

Yeniyetmələr arasında cinayətlər niyə artır, qarşısını necə almaq olar? - AÇIQLAMA

"Barselona"nın futbolçusu Niderland millisinə dəvət almadı

"Moskva Vaşinqtonla potensial hərbi qarşıdurmaya hazırdır" - Rusiya rəsmisi

Gecələr insan bədənində bu dəyişiklik olur – Araşdırma

Bu idman növü insan ömrünü 9 il UZADIR

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə BAŞLADI

Bu cərimələr artırılır - 300 manatdan 7000 manatadək

Siqaret çəkənlərə VACİB XƏBƏR - Cərimənin məbləği kəskin artırılır!

Bu ölkədə uşaq sahibi olmayanlar vergi ödəyə bilərlər

Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixlərdə güclü geomaqnit qasırğası olacaq

Belçikadan Yaponiyaya qədər... - Elm adamları TƏŞVİŞDƏ

Şəkər tozu yenidən BAHALAŞIR - SƏBƏB

Məşhur müğənninin qızı VƏFAT ETDİ - FOTO

Qadınları eybəcər göstərən geyim səhvləri - Bu tərzlərdən UZAQ DURUN!

“Bitcoin”in yaradıcısı TAPILDI - Sənədli film həqiqətləri üzə çıxaracaqmı?

Qaxda it şagirdə xəsarət yetirdi

Bakıda toylar qadağan olunur - Müğənnilər TƏSDİQLƏDİ

"Ayfona, qabyuyan maşına pul verirlər, istehlak kreditlərinin verilmə şərti sərtləşdirilməlidir" - İqtisadçı

Bütün xəbərlər