Cəmiyyət
11.09.2024 / 17:30
273
Pensiyalarda artım az ola bilər - SƏBƏB
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul ayları ərzində orta əməkhaqqında artım 8,3 faiz olub. Orta əməkhaqqının nominal dəyəri isə 1002,4 manat təşkil edib.
Gundem.az xatırladır ki, 2024-cü ilin birinci rübündə orta əməkhaqqı 10 faizdən çox artıb. Amma sonrakı aylarda orta əməkhaqqının artım sürəti tədricən zəifləyərək 8,8 faizə gerilədi. İyulda da artım sürətindəki azalma davam edib və 8,3 faizə enib.
Qeyd edək ki, Azərbaycanda orta əməkhaqqının artım sürəti pensiyaların da artım sürətinə təsir edir. Hər ilin fevralın əvvəlində orta əməkhaqqında artım sürətinə uyğun olaraq pensiyalar da artırılır. Əgər orta əməkhaqqında artım sürəti bu il aşağı olarsa, o halda peniyalarda artım zəif olacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay