BAKU Azərbaycan
°C

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib.

Bu barədə Gundem.az-a qurumdan məlumat verilib.

Qeyd olunub ki, sürücülər bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə alternativ yollardan istifadə edə bilər:

“Sürücülər cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər. Eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur”.

Qurumdan həmçinin bildirilib ki, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur. (sfera.az)

 

Son xəbərlər

Havalar isindikcə, suya diqqət edin – MütəxəssislərdənXƏBƏRDARLIQ

Zəngəzur dəhlizini unudun... - Simonyan

Səyahətdən öncə diqqət edilməli 7 məqam

Ronaldo Trampa formasını hədiyyə etdi

“Azərbaycan” məhəlləsi bu tarixdə açılacaq

Bəzi restoranlar yüksək mahnı səsinə görə cərimələndi

4 ayda bu qədər üçəm doğulub

Evlənənlər çoxalıb, boşananlar azalıb

Bu məhsullar BAHALAŞA BİLƏR – SİYAHI

"Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edildi

Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət

Ağaxan Abdullayevin oğlu sədr seçildi - FOTO

Ərdoğan Paşinyanı Ankaraya çağırdı: Bu tarixdə...

Uzunmüddətli müharibəyə hazırıq - İran

Daha bir tiktoker həbsdən buraxıldı

65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb olundu

Həmin müəllimlərin maaşında artım nəzərdə tutulur

Bu şənbə rəsmi iş günüdür

Rəsmi Bakıdan Təl-Əvivə ÇAĞIRIŞ - İranın azərbaycanlılar yaşadığı bölgələrinə zərbə endirməyin!

Azərbaycan əhalisinin sayı açıqlandı

Bütün xəbərlər