BAKU Azərbaycan
°C

Məlum olduğu kimi, bu gün məktəblər yeni tədris ilinə start verdi. Bu il də yüzlərlə uşağın məktəbə başlayanda adaptasiya problemi yaşadığı müşahidə olunur. Kimisi ağlayır, kimisi valideynindən ayrılmaq istəmir…
 
Bəs bu problemin təməlində nə durur və həlli üçün nələr edilməlidir?

 
Gundem.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlamasında Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli məktəbin psixoloqu Ülviyyə Hüseynli bildirib ki, şagirdlərin adaptasiya problemlərinin təməli çox vaxt birinci sinifdə qoyulur:

“Adaptasiya problemi hər yaş dövründə rastımıza çıxa bilər. Məktəblilərdə adaptasiya pozğunluğuna səbəblər yaşıdları ilə yola getməməsi, bullinqə məruz qalması, hansısa dərsi anlamaması və müəllimdən təzyiq görməsi ola bilər. Ümumiyyətlə, adaptasiya müddəti uşağa görə dəyişən bir prosesdir. Elə uşaqlar var ki, onlarda heç belə bir problem yaşanmır. Baş verənlərdə isə bəzilərində tez həll olunur, bəzilərində uzun müddət davam edir. Bu da daha ciddi problemlərə gətirib çıxara bilir. Adaptasiya müddəti uşaqların temperament tipi, özünəinam, ailə vəziyyəti, valideynlərinin ona olan davranışı kimi səbəblərə görə fərqlənir”. 

Psixoloqun sözlərinə görə, uşaqlarda bu problemin yaranmasına əsas səbəb valideynlərdir:

“Bu hallara daha çox azyaşlı dövrdə- ilk dəfə bağçaya, məktəbə başlayan uşaqlarda rast gəlinir. Bəzi valideynlər uşağın əvəzinə hər şeyi özləri edərək övladlarını özlərindən asılı vəziyyətə gətirirlər. Bunu isə çox vaxt analar edir. Nəticədə, uşağın valideyni olmadan nəsə edə biləcəyinə dair inamı olmur. Belə olan halda uşaq heç bilmədiyi bir mühitə düşəndə artıq valideynini axtarır. Valideynlərin bu tip hərəkətləri uşaqda həm adaptasiya problemi, həm də özgüvən əskikliyi yarardır. Valideynlər bu mövzuda maariflənməlidir”. 

O qeyd edib ki, bu kimi hallarda uşağın ağlaya-ağlaya həmin mühitə öyrəşməsini gözləmək olmaz:

“Bu problem ancaq məktəbə, müəllimə olan güvənin yaranması ilə həll oluna bilər. Bu prosesi asanlaşdırmaq üçün öncədən onu aparıb məktəbdəki mühitlə, müəllimləri, sinifyoldaşları ilə tanış etmək yaxşı olardı. Əgər bu mümkün deyilsə, uşaqlar evdə məktəblə bağlı şəkillərə baxa bilər, yaxud valideyn uşaqla yetkin bir insanmış kimi təkbətək söhbət edib məktəbə yeni başlaması ilə bağlı fikirlərini, keçirdiyi hissləri soruşa bilər”. 
  
Ü.Hüseynli vurğulayıb ki, bu kimi hallarda diqqətsiz davranmaq uşaqda autizm belə yarada bilər:
 
“Əgər uşaq hələ də məktəbə getmək istəmirsə, bir müddət valideynin sinif otağında uşaqla oturmasına icazə verilməlidir. Bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Bir müddət yanında əyləşməli daha sonra qapıya yaxın yerdə oturmalı, bir neçə həftə keçəndən sonra qapıdan görünməlidir. Bu proses 3-6 ay belə çəkə bilər. Uşaq bu üsulla həmin mühitə öyrəşəcəyi üçün bir neçə aydan sonra artıq valideynindən tədricən ayrılacaq və sinif otağında rahat otura biləcək. Birdən-birə uşağı valideynindən ayırmaq daha böyük problemlərə, hətta autizmə belə gətirib çıxara bilər”. 

Psixoloq sonda qeyd edib ki, bu prosesin həyata keçirilməsi üçün məktəb psixoloquna müraciət olunmalıdır. 
 

Son xəbərlər

Bakıda qadın iynədən şoka düşərək ÖLDÜ

Marketdəki məhsulun zərərli olduğunu necə bilmək olar?

Xəzər dənizində zəlzələ oldu

İlham Əliyev İspaniya Kralını təbrik edib

Xərçəngdən qoruyur, immuniteti gücləndirir

2 nəfəri maşın vurub öldürdü

Xalq artisti ekstravaqant görünüşü ilə gündəm oldu

Azərbaycan nefti bahalaşıb

Arvadı ilə dalaşdı - özünü də bıçaqladı

Roma Papası Zelenskini qəbul etdi - FOTO

"Ərəbistanın 7 şəhəri məni PULLA ALIB" - VİDEO

961-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Reynmen bu gün evlənir - QIZ KİMDİR?

Kobaxidzeni aradan götürməyə hazırlaşırlar

İcra başçısının keçmiş müavininə cinayət işi başlandı - FOTO

Kadırovun cani elan etdiyi çeçen məmur güllələndi

Ən xəsis 4 bürc - Pulu özündən də gizlədirlər

Bu qadınlarda ciddi psixoloji pozuntu var - ƏLAMƏTLƏRİ

Pavel Durovla bağlı oyun istifadəyə verildi - FOTO

Türkiyə limanları 30 milyon tondan çox yük qəbul edib

Bütün xəbərlər