BAKU Azərbaycan
°C

Rusiyanın Belqorod vilayətində istehsal olunan "Sloboda" markalı təmizlənməmiş günəbaxan yağının dövlət standartına uyğun olmadığı haqqında məlumat yayılıb.

Yağın Rusiya məhsullarının Gömrük İttifaqının "Qida məhsullarının təhlükəsizliyi haqqında", "Yağ və yağ məhsulları üçün texniki reqlamentlər", GOST 1129-2013 "Günəbaxan yağı" texniki reqlamentinin tələblərinə cavab vermədiyi bildirilir.

“Roskontrol” açıqlayıb ki, zəif təmizlənmiş və köhnəlmiş yağda daha çox peroksid var: “Peroksidin sayı nə qədər yüksək olarsa, yağ işıqda bir o qədər uzun müddət saxlanılar. Mümkündür ki, yağ keyfiyyətsiz xammaldan, xarab günəbaxan tumlarından hazırlanıb".

Nəticədə “Sloboda”nın ölkədə satışı sentyabrın 23-dən qadağan edilib.

Qeyd edək ki, bu gün Azərbaycan bazarında rəğbət qazanan məhsullar içərisində “Sloboda”nın öz yeri var. Yerli müştərilər bu brendə məxsus qida məhsullarını çoxdan tanıyırlar. “Aqro-Vest DC” MMC 2015-ci ildə Rusiyanın “Sloboda” ticarət nişanı altında yağ və bio-süd məhsulları istehsal edən “Efko” Şirkətlər Qrupu ilə həmin müəssisənin məhsullarının ölkəmizdə distribusiya edilməsinə dair müqavilə imzalayıb.

“Sloboda” ticarət nişanı ilə ölkəmizə çox çeşiddə məhsul idxal olunur. Onlardan “Sloboda”nın günəbaxan yağları istehlakçılara 1, 1,8, 2,7 və 5 litrlik plastik qablarda təqdim edilir.

Hazırda həmin yağ ölkəmizdəki mağazalarda mövcuddur və satışı həyata keçirilir.

Yağın Azərbaycanda satışı qadağan oluna bilərmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov TNS-ə bildirib ki, keyfiyyətsiz və təhlükəli mal, adətən partiya mala aid olan məsələdir: “Ola bilsin ki, bir partiya malda keyfiyyət problemi aşkarlanıb. Əgər yağı illər ərzində bu cür istehsal ediblərsə, o zaman problem olar. Çünki bu yağ illlər boyu Azərbaycanda da satılıb. Belədirsə, Azərbaycanda bu məsələyə reaksiya verilməlidir. Yəqin ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə reaksiya verəcək”.

Gundem.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən isə TNS-ə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və məlumat veriləcək.

Son xəbərlər

30 qəpiklik möcüzə: xərçəng hüceyrələrini məhv edir - FOTO

"Tək arzum xanımımla birlikdə ölməkdir"

Günəşdə 4 güclü partlayış oldu

Ən uzunömürlü 3 bürc -80-dən çox yaşayırlar

"Aşk-ı memnu"nun ulduzu belə formada qalır

"İnsanın edə biləcəyi hər şeyi növbəti bir-iki il ərzində edə biləcək"

"Telegram"dan möhtəşəm yenilik: Videoyayım funksiyası...

Məşqdə Mourinyonu yıxdılar - axsayır - anbaan VİDEO

Bakıda ucu-bucağı görünməyən toy korteji gündəm oldu - VİDEO

“Tramp mənə 3 milyon təklif etdi” - FOTO

Rejissor Nicat Qəriboğluna yeni vəzifə verildi

Miqren yoxsa adi başağrısı? - fərqi necə tapaq

İmmuniteti gücləndirən mürəbbə - qış xəstəliksiz keçəcək

Məşhur bəstəkar öldü

Toyda nalayiq danışdı - Şəhid atasının şikayəti ilə tutuldu

Məşhur aktrisa ana oldu - FOTO

Xaçmazda qətl: 57 yaşlı kişi öldürüldü

“Xankəndidə işləmək üçün qırğın gedir, niyə?" - Parlamentdə gərginlik

"2024-cü ildə hələ də eyvandan zibil atırlar" - VİDEO

Harris Zelenskiyə ölkədən qaçmağı məsləhət görüb

Bütün xəbərlər