BAKU Azərbaycan
°C

Son dövrlər Azərbaycanda teatrlara marağın artdığı bildirilsə də, insanların bir çoxu yeni tamaşaların olmamasından şikayətlənir. Davamlı olaraq müxtəlif teatrlara gedən şəxslər qeyd edirlər ki, hər sezon eyni tamaşalar, eyni aktyorlar görürlər, yeni bir şey yoxdur. Hazırkı səhnələr isə köhnə və ya bəlli əsərlərin tamaşaya çevrilmiş versiyasıdır, hətta günümüzlə ayaqlaşmır. 

Azərbaycanda niyə yeni tamaşalar yoxdur?

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, Azərbaycan teatrı müstəqillik dönəmindən bu yana bir çox yeniliklərlə tamaşaçıları sevindirsə də, bunlar sadəcə “yerində fırlanma” formatında oldu:
“Sanki ondan kənara çıxa bilmədi. Bəli, müxtəlif teatrlarımız var, onlara “akademik”, “dövlət” titulları verilib. İstər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Gənc Tamaşaçılar Teatrı, Bakı Bələdiyyə Teatrı və.s kimi köhnə, istərsə də Yuğ teatrı kimi yeni yaradılmış teatrlarımız tamaşaçılarını cəlb etmək üçün müxtəlif illərdə ədəbi eksperimentlər keçirdilər, amma bu, uzunmüddətli olmadı. Ümumiyyətlə, Azərbaycanın həm tamaşaçısı, həm də incəsənəti teatra meyilli deyil. Fikir versəniz, bizdə daha çox bəzi teatrlar tamaşaçı cəlb edə bilir - Azərbaycan Dövlət Kukla Teatrı, Opera və Balet Teatrı,  Musiqili Teatr, Azərbaycan Dövlət Rus Dram Teatrı...Bunlardan savayı, digər teatrlar ya məktəbliləri, ya hansısa müəssisə işçilərini cəlb etməklə tamaşaçı yığırlar. Qalanları isə azdan-çoxdan indiyə qədər qazandıqları akademik və sənət nüfuzuna, eyni zamanda insanların zövqünün dəyişilməsinə görə tamaşaçı cəlb edə bilirlər. Teatrlarımızda demək olar, sənət sınaqları keçirilmir, yaxud azdır. Azərbaycan teatrları tamaşaçıya doğru getmək istəmir, tamaşaçını ələ almaq istəmir”.

Kulturoloq qeyd etdi ki, teatrlar pul qazanmaq üçün yeniliklər etmək istəmir:

“Sanki hər kəs tənbəlləşib. Baxmayaraq ki, teatrların aparıcı simaları var və onlar təqaüdlərə layiq görülüblər, teatrın texniki, yaradıcı heyətinin məvacibləri dəfələrlə qaldırılıb, amma sanki həvəssizdirlər. Nəzərə almaq lazımdır ki, 21-ci əsrin tamaşaçısı sosial şəbəkə istifadəçiləridir, yeni nəsildir, onları klassik, ənənəvi tamaşalarla cəlb etmək mümkün deyil. Bu, dünyanın bir çox ölkələrində də belədir. Amma heç olmasa, orada akademik teatrlar modern və post-modern yenilənmələrlə, yeni formatda sintetik səhnə əsərlərini nümayiş etdirməklə, tamaşaçıya doğru getməklə öz nüfuzunu saxlaya və ya yüksəldə bilir. Digər tərəfdən, teatrlarda maliyyələşmə bir qədər qəribədir, hələ də sovet təfəkkürü ilə maddi yardımın ayrılmasını müşahidə edirik. Sən 10 tamaşa da oynasan, 1 tamaşada da olsa, fərqi yoxdur, yenə də eyni maaşı verəcəklər. Yaxud Əməkdar artist, Xalq artistisənsə, bir az yüksək məvacib ala biləcəksən. Əgər satılan biletlərdən cüzi də olsa, qonorar və ya mükafat formasında maaşa əlavə edilsə, düşünürəm ki, dəyişiklik ola bilər. Eyni zamanda, aparıcı aktyorların imicinin formalaşdırılmaması məsələsi var. Yəni aktyorlar əlçatmaz olmalıdırlar. Nədənsə bizim teatr aktyorlarımız televiziyalarda sosial verilişlərdəki çıxışları, teleseriallardakı rolları ilə tanınmağa başladılar. Bir çoxları tamada oldu, şou proqramlarında iştirak etdilər və.s. Amma teatrın özünün korifeyləri olmalıdır. Vaxtilə bizim Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov kimi daha ciddi aktyorlarımız var idi, tamaşaçılar məhz onları görmək üçün teatra gedirdilər”.

Əbilov bildirdi ki, bir çox teatr aktyorlarının vizual yaraşığı yoxdur:

“Tamaşaçı əgər çöldə, qonşuda gördüyü insanın siması ilə teatrda gördüyü insanın simasını eyni qəbul edirsə, onun heç bir marağı olmayacaq. Aktyor onun üçün əlçatmaz bir şəxs olmalıdır. Biz Azərbaycanda göstərilən tamaşalarda belə aktyorlar görürükmü? Bu da bir problemdir. Həmçinin uzun müddət Milli Dram Teatrı və digərləri sanki bir sıra yazıçıların, xüsusilə 60-70-ci və ondan əvvəlki illərdə olan dramaturqların əsarəti altında idi. Eyni adamların əsərləri əsasında tamaşalar nümayiş etdirilirdi, sanki heç bir yeni dramaturqun əsərini qəbul etmək istəmirdilər. Min bəhanə ilə dramaturqların əsərləri müsabiqələrdən kənarlaşdırılır, hansısa tanış, hansısa rejissorun qohum-əqrəbasının mənasız dramları səhnələşdirilirdi. Əlbəttə, tamaşaçı buna baxmaz. Nəzərə almaq lazımdır ki, indi virtuallıq dövrüdür, insanlar qeyri-adi şeyləri xoşlayırlar. Bu gün həm də tamaşaçılarda estetik mədəniyyət səviyyəsi çox aşağıdır. İnsanlar öz büdcəsinin bir hissəsini muzeylərə, konsertlərə, teatrlara getmək üçün ayırmalıdırlar”.

Son xəbərlər

30 qəpiklik möcüzə: xərçəng hüceyrələrini məhv edir - FOTO

"Tək arzum xanımımla birlikdə ölməkdir"

Günəşdə 4 güclü partlayış oldu

Ən uzunömürlü 3 bürc -80-dən çox yaşayırlar

"Aşk-ı memnu"nun ulduzu belə formada qalır

"İnsanın edə biləcəyi hər şeyi növbəti bir-iki il ərzində edə biləcək"

"Telegram"dan möhtəşəm yenilik: Videoyayım funksiyası...

Məşqdə Mourinyonu yıxdılar - axsayır - anbaan VİDEO

Bakıda ucu-bucağı görünməyən toy korteji gündəm oldu - VİDEO

“Tramp mənə 3 milyon təklif etdi” - FOTO

Rejissor Nicat Qəriboğluna yeni vəzifə verildi

Miqren yoxsa adi başağrısı? - fərqi necə tapaq

İmmuniteti gücləndirən mürəbbə - qış xəstəliksiz keçəcək

Məşhur bəstəkar öldü

Toyda nalayiq danışdı - Şəhid atasının şikayəti ilə tutuldu

Məşhur aktrisa ana oldu - FOTO

Xaçmazda qətl: 57 yaşlı kişi öldürüldü

“Xankəndidə işləmək üçün qırğın gedir, niyə?" - Parlamentdə gərginlik

"2024-cü ildə hələ də eyvandan zibil atırlar" - VİDEO

Harris Zelenskiyə ölkədən qaçmağı məsləhət görüb

Bütün xəbərlər