BAKU Azərbaycan
°C

Son 3 gündə 3 məktəbli cinayət hadisəsi törədib. Daha əvvəl Xaçmaz və Şəmkir rayonlarında da yeniyetmələr arasında bıçaqlanma hadisələri qeydə alınıb. Rəsmi statistikaya görə, son illər yeniyetmələrlə bağlı cinayət hadisələrində artım müşahidə olunur. Belə ki, 2023-cü ildə 494, 2022-ci ildə 433 yeniyetmə cinayət törədib. Rəsmi statistikada yeniyetmələrin törətdiyi cinayətlər arasında əsas yeri oğurluq tutur. Sonrakı yerdə qəsdən sağlamlığa ağır zərər vurma gəlir.Cinayətlərin artım dinamikasına uyğun olaraq yeniyetmə məhkumlar da çoxalıb.Təkcə 2023-cü ildə 14-17 yaşda olan 310 yeniyetmə müxtəlif cinayət hadisələrinə görə məhkum olunub.2022-ci ildə məhkum olunmuş yeniyetmələrin sayı 258 nəfər təşkil edib.

Bəs yeniyetmələr arasında cinayətlərin artmasının əsas səbəbləri nədir? Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Universitetinin "Sosial işin təşkili" kafedrasının dosenti Aynur Bünyatova bildirib ki, yeniyetmələr arasında cinayətkarlığın artması son illərdə ciddi narahatlıq doğuran problemə çevrilib. Sosioloq qeyd edib ki, bu artımın əsas səbəbləri arasında bir neçə psixoloji və sosial faktorları göstərmək olar:

“Yeniyetmələrin emosiya və impulslarını idarə etmə bacarığının yetərsizliyi, ailədaxili problemlər, sosial təcrid və valideyn nəzarətinin zəifliyi mühüm rol oynayır. Eyni zamanda, cinayətkar davranışların sosial mühitdə modelləşdirilməsi və sosial-iqtisadi problemlər yeniyetmələr arasında cinayətlərin artmasına şərait yaradır. Məktəblərdə psixoloji dəstəyin yetərsizliyi, sosial xidmətlərin yeniyetmələrə əlçatan olmaması da bu problemin daha da dərinləşməsinə səbəb olur”.

A.Bünyatovanın sözlərinə görə, cinayətkarlığın qarşısını almaq üçün ilk növbədə yeniyetmələrin sosial-emosional bacarıqlarını gücləndirmək, məktəblərdə psixoloji dəstək və reabilitasiya proqramları tətbiq etmək zəruridir. O vurğulayıb ki, valideynlər üçün təlim proqramları və cəmiyyət daxilində sosial-iqtisadi problemlərin həlli də mühüm addımlar kimi qeyd oluna bilər.

Son xəbərlər

1178-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Bakıda bu yol bir neçə saat bağlı olacaq

Rus ordusu Volnoye Poleni ələ keçirdi

Tramp 11-ci dəfə baba oldu - FOTO

Bu həkimlər 9000 manat cərimələnəcək

Kartdan pul çəkənlər daha tez tapılacaq - Yeni qayda

Bəzi ərazilərdən Azərbaycana ət məhsullarının gətirilməsinəməhdudiyyət qoyuldu

Azərbaycan dili imtahanının nəticələri açıqlandı

Ermənistanda zəlzələ oldu

Ev sahibinin ayaqqabısı Ərdoğanın marağına səbəb oldu - VİDEO

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Kirayə qalanlara ŞAD XƏBƏR

Təhsildə müasir TRENDLƏR - Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi –FOTO/VİDEO

Pensiya alanların nəzərinə - Dəyişiklik edilir

Məktəblərin bağlanma vaxtı dəyişə bilər

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - Canlı

İstiliyin verilməsinin vaxtının dəyişdirilir

Bakı metrosunun bir xəttində ancaq YENİ NƏSİL qatarlar olacaq – RƏSMİ

Emmanuel Makron Prezident İlham Əliyevlə görüşdü - VİDEO

Prezident İlham Əliyev Albaniyada Böyük Britaniyanın Baş naziri Kir Starmerla görüşüb

Bütün xəbərlər