BAKU Azərbaycan
°C

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının iki ay əvvəl vəzifəsindən azad edilən müavini Vəfa Allahverdiyeva cinayət məsuliyyətinə cəlb edilib.

Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq müavin tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur. 

Onların əməlindən əziyyət çəkən isə Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir. 

İttihama görə, təqsirləndirilən xanımlar onu Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. Zərərçəkmiş şəxs həmin pulu oğlunun iştirakı ilə verib. 

Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövrü müddətində onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yaxında məhkəmə istintaqı başlayacaq. 

Qeyd edək ki, Vəfa Allahverdiyeva bu ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib. Onun barəsindəki cinayət işinə görə işdən çıxarıldığı istisna edilmir.

Son xəbərlər

1157-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

“Qartal” restoranında nöqsanlar aşkarlandı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

Prezident Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident Anar Quliyevə yüksək vəzifə verdi - SƏRƏNCAM

Dəli kimi sevən 5 bürc: Gözləri kor, qulaqları kardır

“Mənə lağ edən günümə düşsün”

Əvəz Zeynallı azadlığa buraxıldı

Onlara vəzifə verildi

Bağlı qapı arxasında qalan 2 yaşlı uşaq xilas olundu - VİDEO

Ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Putinə əhalinin neçə faizi güvənir? - SORĞU

"Bakıda 3 evim var"

Əli Əsədov daha bir qərar imzaladı

Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

Bakıda yol vermək üstündə dava - Ölən var

Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər

İstanbulda davam edən afterşoklar nə vaxt bitəcək?

Bütün xəbərlər