BAKU Azərbaycan
°C

İqtisadi Şuranın dünənki iclasında müzakirə edilən məsələlərdən biri də Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlı olub. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 26-da keçirilən müşavirədəki tapşırıqlarına uyğun olaraq bu sahədə nəzarətin daha da gücləndirilməsi prioritetləşib.

 

Burada ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin 180 gün ərzində ölkəyə gətirilməsi, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri ilə bağlı məsələlər öz əksini tapır. 

 

Bəs pul köçürmələrinə nəzarətin gücləndirilməsi niyə daha da aktuallaşıb?

Mövzu ilə bağlı açıqlamasında iqtisadi-ekspert, deputat Vüqar Bayramov bildirib ki, 2024-cü ilin geridə qalan aylarının rəsmi statisikası göstərir ki, Azərbaycan ixracının həcminin azalmasına baxmayaraq, pul köçürmələrində artım müşahidə olunmaqdadır:

“Bu ilin ilk 7 ayında ölkəmizin ticarət dövriyyəsi 26 milyard 239 milyon dollar olub. Onun 15 milyard 446 milyon dolları ixracın, 10 milyard 793 milyon dolları isə idxalın payına düşüb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,3 faiz, real ifadədə 5,0 faiz, o cümlədən idxal 3,0 faiz, ixrac isə 6,1 faiz azalıb. Göründüyü kimi, enerji məhsullarının qiymətinin azalması ümumi ixracatımızın həcminə də təsirsiz ötüşməyb.Bütün bunlar ilə yanaşı, bu ilin ilk yarısında (hələlik 7 aylıq göstəricilər elan edilməyib) Azərbaycandan xaricə 343 milyon dollar pul köçürülüb. Xaricdən ölkəmizə köçürülən vəsaitlərin həcmi 36.4 faiz azlasa da, Azərbaycandan xaricə köçürmələr 34,7% artıb”. 

Millət vəkilinin sözlərinə görə, rəsmi statistika da təsdiq edir ki, Azərbaycandan xaricə pul köçürmələri və eləcə də ixracın dəyərinin ölkəyə tam qaytarılması üzrə nəzarətin daha da gücləndirilməsi aktuallaşıb, daha çox valyutanın ölkədə qalması isə hər zaman əsas hədəflərdəndir.

 

Son xəbərlər

İtkin düşən məktəbli ilə bağlı araşdırma başlandı - RƏSMİ

Abituryentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidirlər?

Bu xəstəxanaya yeni baş həkim təyin edildi - FOTO

İyun bitməmiş varlanacaq bürclər

Lirə ucuzlaşdı, bu iki valyuta isə bahalaşdı - RƏSMİ

MY dünyanın ən yaxşı qapıçısını hədəfə aldı: 47 milyonluq plan

Bakı səmasında naməlum obyekt göründü - "Sirr" açıldı – VİDEO

İran altı günə İsrailə 450 ballistik raket atıb - Defrin

Qaraciyərinizi bu içki ilə qoruyun!

Məşhur aktyor da bu seriala çəkiləcək

50 yaşdan aşağı insanlar da xərçəngə səbəb olan üç amil: bunu hamı bilməlidir

Tramp onu yenidən tənqid etdi: Tam bir axmaqdır

Ukrayna - Azərbaycan oyunu bu ölkədə keçiriləcək

Azərbaycanda ən çox QAZANAN müğənnilər - SİYAHI

Bu heyrətamiz şəhərdə günəş aylarla batmır

Çəkisi 23 kiloqrama düşən məşhurdan xəbər var

Azərbaycanlı kişilər 4 arvad ala biləcək - Şərtlər

“WhatsApp”da reklamlar dövrü başlayır - dəyişiklik kimlərə təsir edəcək?

Lənkəranda maşın aşdı: toya gedən ailənin 5 üzvü...

Ərdoğan: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin nümunəsidir

Bütün xəbərlər