BAKU Azərbaycan
°C

“İnstagram”dan zəng gələndə yoldaşım telefonu mənə uzatdı ki, Emin Ağalarovdan zəng gəlir”.

Gundem.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti, biznesmen Emin Ağalarov tərəfindən təşkil edilən lotereya kampaniyasında qalib gələn Qarabağ müharibəsi qazisi Rauf Qasımov deyib.

Nail Kəmərlinin “Youtube” kanalına müsahibəsi zamanı qazi həyat hekayəsini bölüşüb:

“Mən Rauf Qasımov Teymur oğlu, Ağdam rayonunun Mərzili kəndindənəm. Gizirlik alandan sonra könüllü şəkildə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı kəşfiyyat bölməsinə yazıldım. Kurs keçdik, çox çətinliklərə qatlaşdıq. Amma bütün bunlara rəğmən sonuna qədər gedib istəyimə nail oldum. Kursu tam başa vurandan sonra bizim ən ağır günlərimiz başladı. Təlimlərə qatılanda aylarla atam-anam mənim üzümü görmürdü. Təlimlər zamanı meşədə yaşayırdıq. Özümüz də bilmirdik ki, harada xidmət edirik, bizi hara aparırlar. Ancaq hiss edirdik ki, bu ağır təlimlərin sonunda bir döyüş yaxınlaşır. Çox keçmədi ki, Tovuz hadisələrindən sonra 27 sentyabrda döyüşlər başladı. Bütün cəbhə boyu tapşırıq verildi. Bizim başladığımız istiqamət Ömər aşırımı tərəfdə idi. O qədər soyuq var idi ki, gecələr insanlar çölə çıxa bilməzdi. Biz isə ancaq qayanın üzərində idik. Səhərə qədər ayaq üstə qalırdıq, yatmaq söhbəti olmurdu. Yeməyi belə güclə tapırdıq. Əlimiz donduğu üçün silahı hazır vəziyyətə gətirmək çox çətinləşirdi. Bir gün o ərazidən çıxmalı olduq. Bizə tapşırıldı ki, cibimizdə yeməli nə varsa boşaldıb yerinə güllə, silah-sursat dolduraq. Komandirimiz tapşırdı ki, orada bizi yemək yox, güllə xilas edəcək. Taborun içində təkcə mən balaca “snickers” götürüb cibimə qoydu. Getdiyimiz yerdə döyüşün sonunda həmin şokalad 12 nəfəri aclıqdan qurtardı”.

Qazi qazandıqları evə köçəcəkləri tarixi də açıqlayıb:

“Allah arzusunda olanlara, ürəkdən istəyənlərə qismət eləsin. O sevinc bizim həyatımızın ən böyük arzusu idi. Gənc ailənin ən böyük arzusu ev olur. Təbii ki, qarşıdakı illərdə dövlət tərəfindən ev ilə təmin olunacaqdıq. Amma “Sea Breeze” şəhərciyindən bu evi qazanmağımız çox böyük sevinc oldu. Allah Emin Ağalarova da kömək olsun ki, belə gözəl bir yarışma keçirir, gözəl şəhərcik tikir. Biz gedib oraları gördük. Həqiqətən çox möhtəşəmdir. Oraya xəyalların dünyası demək olar. Dekabrın 1-dən binalar təhvil veriləcək. Biz də planlaşdırıb yaxın müddətdə köçəcəyik. Bir gözümdə protez var və görmür, digəri isə 30 faiz görür. Biz demək olar ki, həyata tutunub yaşayırıq, yaşayacağıq da”.

Son xəbərlər

Rusiyaya gedənlər üçün vacib XƏBƏR: mütləq oxuyun

Nadir bu tarixdə oğluna toy edir - FOTO

Vətəndaşın kartından 27 283 manat belə oğurlandı

Quş qripi sürətlə mutasiyaya uğrayır

Sürücülərin nəzərinə!

Bu marşrutunun hərəkət sxemi müvəqqəti dəyişir

"Samsung"un baş direktoru vəfat etdi

Dünyanın ən varlı qadınları

Qızılın qiyməti rekord həddə BAHALAŞDI

"Liverpul"un ulduzu "Real"da!

Bu BÜRCLƏR ayın sonuna kimi şəxsi xoşbəxtlik tapacaq

16 minlik oğurluq etdi

Aysunun keçmiş ərinin paylaşımına qəribə REAKSİYA:" Acığına gəlməsin, canını yaxşı qurtardın" - FOTO

“Kızıl goncalar”ın final tarixi dəyişdi

Sabahdan bu məktəblərdə dərs başlayır

Arıqlayacağının anonsunu verdi - VİDEO

Qəza aeroport yolunda sıxlıq yaratdı - VİDEO

Süni tənəffüs aparatına qoşulan aktyordan XƏBƏR VAR

"Fənərbağça" bu ulduzunun maaşını azaldacaq

Ən xoşbəxt BÜRCLƏR

Bütün xəbərlər