BAKU Azərbaycan
°C

Vətəndaş yalnız tibbi göstəriş, yəni sağlamlıqla bağlı şikayəti olduğu halda, icbari tibbi sığorta hesabına, ödəniş etmədən tibbi müayinədən keçə bilər.

Gundem.az bildirir ki, bu barədə Trend-ə özəl müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.

O qeyd edib ki, tibbi göstəriş yoxdursa, icbari tibbi sığorta hər hansı müayinənin ödənişini qarşılamır.

"Arayışın alınmasında isə tibbi göstəriş yoxdur. Ona görə də profilaktik müayinə sayılır və icbari tibbi sığorta təminatına daxil deyil.

Sağlamlıq haqqında arayış üçün təyin olunan 40,12 manatı ödəyən vətəndaş terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloq müayinəsindən keçir, flüoroqrafiya, qanın və sidiyin ümumi analizini verir. Arayışın qiyməti təyin edilərkən tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, instrumental-laborator müayinələrin həcmi nəzərə alınır.

Lakin gələcəkdə ola bilsin ki, "check-up" müayinələrini Xidmətlər Zərfinə salaq və ya ilkin səhiyyədə bu müayinələr aparılsın. Bu müayinələrin də nəticəsində artıq sağlamlıq haqqında arayış formalaşacaq. Yəni, bunun üzərində işləyirik. Ona görə də hansı "check-up" Xidmətlər Zərfinə salınacaqsa, ondan irəli gələn arayışların da Xidmətlər Zərfinə salınması barədə düşünəcəyik", o əlavə edib.

Son xəbərlər

Azərbaycanda unun son topdan satış qiymətləri AÇIQLANDI

Vətən müharibəsi iştirakçısı Sumqayıt şəhər bələdiyyəsinin sədri seçildi

Təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu da evə yazıldı

15-20 dərəcə şaxta olacaq - Növbəti xəbərdarlıq

ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevdədir

Prezident Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB+FOTOLAR

Ata qəza törətdi, 2 yaşlı oğlu öldü - FOTO

Prezident Ballıcaya getdi - Sakinlərlə görüşdü - FOTOLAR

Yol qəzalarında ölənlərin çoxu kişilərdir

45 nəfər vəzifəli şəxs cərimələndi

Sabah Bakıya qar yağacaq

10 mindən çox şəxsin Azərbaycana girişi məhdudlaşdırılıb

Ötən ilin qəza statistikası: 764 ölü, 1118 yaralı

İrandan gətirilən bu konfetlərdə GMO aşkarlandı - FOTO

Netanyahu Hikmət Hacıyevi qəbul etdi

Prezidentin Xankəndidə açılışını etdiyi "Bulud" hotelindən FOTOLAR

Bunu edənlərin nəzərinə: 10 min manat cərimələnə bilərsiz

Bu qaydanı pozanlar 15 min manat cərimələnəcək

Dəmir yolunda qaydaların pozulmasına görə cərimələr artırılır

Təyyarədə siqaret çəkənlər 500 manat cərimələnəcək

Bütün xəbərlər