BAKU Azərbaycan
°C

Kölgə iqtisadiyyatı qurmaqla ölkədən qaçaq yolla 326 milyonluq məhsul çıxarmaqda və qanunsuz sahibkarlıqda ittiham olunan şəxslərin məhkəməsi davam etdirilib. 

Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə Şirinov Elvin Valeh oğlu, Hidayətov Zöhrab Raqub oğlu və Hümbətov Qaçqın Şura oğlu mühakimə olunur.

Onların cinayət əməlləri Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa edilib.

Bundan əvvəlki iclas təqsirləndirilən şəxslərin iş materialları ilə tanış olmamaları səbəbindən yarımçıq qalmışdı. Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən hazırlıq iclasının davamında işin məhkəmə baxışına verilməsi və qətimkan tədbirlərinin dəyişdirilib-dəyişdirilməməsi müzakirə edilib. 

Şirinov və Hidayətov sərbəst mühakimə edilmək istəyiblər. Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəməyə qoşulan müttəhimlər barələrində seçilmiş qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş ediblər. Tərəflər başqa heç bir vəsatət qaldırmayıblar.

Hakim qətimkan tədbirlərinin dəyişdirilmədən işin məhkəmə baxışına verilməsinə qərar verib.

İlk baxış iclası noyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Elvin Şirinov barədə mətbuatda maraqlı detallar yer alır.

Ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"larına əsasən, əvvəllər-məsələn 2021-ci ildə ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında olmadığı halda, 2023-cü ildə qəfildən qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında ilk onluqda 1-ci yeri tutub. Görünən odur ki, Elvin Şirinov adı əvvəllər heç yerdə getməyən, birgə ittiham edildiyi dustaq yoldaşı Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxenasiyasının iştirakçılarından yalnız biridir.

İş materiallarında bəhs etdiyimiz cinayətlərlə bağlı kifayət qədər faktlar yer alır. Məhkəmənin növbəti baxış iclasında daşların tək-tək yerinə oturacağı görünəcək.

Son xəbərlər

Məşhur saç boyasının tərkibində sonsuzluğa səbəb olan maddə tapıldı

Tanınmış aktrisa saxlanıldı - FOTO

Əgər xalq mənim qərarıma qarşı çıxarsa... - Paşinyan

İsrail Qəzza sakinlərinə çağırış etdi

Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək

"İnci taneleri" final edir

Biləsuvar Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

Dünyanın ən hündür stadionunda oynadılar, nəfəsləri çatmadı - VİDEO

Yasamalda yük maşını yandı - VİDEO

Razılığa gəlmişik, yalnız imzalamaq qalır - Rubinyan

“Evi təmizləmək üçün bir gün vaxt istədi”

Pezeşkian Urmiya gölünə getdi

Azərbaycanda zəlzələ oldu - Yenilənib

İmamoğlunun yerinə o seçildi

Anasının imtina etdiyi körpə Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi

Sevgilisinin ETİRAFI Leonardo Di Kaprionu TƏƏCCÜBLƏNDİRDİ

İmamoğlunu kim əvəz edəcək? - Səsvermə başladı

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmənistan Prezidenti İlham Əliyevi təbrik etdi

Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevi təbrik edib

Bütün xəbərlər