BAKU Azərbaycan
°C

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mediatur təşkil olunub.

Gundem.az xəbər verir ki, media qurumlarının nümayəndələrinin “Koroğlu” NMM–Heydər Əliyev Beynəlxalq Hava Limanı səfərində Bakıya gətirilən elektrik mühərrikli avtobusdan istifadə edilib. Qeyd edək ki, paytaxtımıza AYNA-nın Monitorinq Mərkəzi vasitəsilə 24 saat ərzində izlənəcək 160 ədəd elektrik mühərrikli avtobus gətirilib.

Jurnalistlərə AYNA-nın COP29 konfransına hazırlığı və rolu, eləcə də tədbir zamanı yarana biləcək halların operativ həlli, səmərəli məlumat mübadiləsi məqsədilə fasiləsiz fəaliyyət göstərəcək Qərargahın yaradıldığı barədə məlumat verilib. Sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq üçün daşıyıcılarla iş aparıldığı və xəttə tələbata uyğun sayda avtobusun cəlb olunması diqqətə çatdırılıb.

COP29-la əlaqədar bir sıra müntəzəm avtobus marşrutlarının sxemində dəyişikliklərin edildiyi, bu barədə ictimaiyyətin vaxtında məlumatlandırıldığı, həmçinin önümüzdəki günlərdə marşrut xətlərində yenə müəyyən dəyişikliklərin olacağı və bu barədə məlumatın veriləcəyi qeyd edilib.

Konfrans günlərində hava limanından metronun “28 May” və “Əhmədli” stansiyaları istiqamətində H1 və H2 nömrəli ictimai ekspress avtobusların sərnişinləri pulsuz daşıyacağı vurğulanıb. Mediatur çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında TX5 markalı yeni elektrik mühərrikli taksi nəqliyyat vasitələri ilə tanışlıq olub.

Ümumilikdə, COP29 zamanı daşımalarda fasilənin yaranmaması üçün paytaxtın 26 küçə və prospektində – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində xüsusi hərəkət zolaqları təşkil edilib.

Qeyd edək ki, həmin zolaqlara digər nəqliyyat vasitələrinin daxil olması qadağandır.

Son xəbərlər

Kəmalənin çəkilişdə halı PİSLƏŞDİ - VİDEO

Azərbaycanda jurnalist saxlanıldı

Bu çörək sexində nöqsanlar aşkarlandı - FOTO

Bahar toy sahibi ilə "dava" etdi - VİDEO

Nazir onu idarə rəisi təyin etdi

Bakıda falçı dələduzluğa görə tutuldu

239 milyon dollar xərclədi, 98 milyard qazandı

Bakıda tikilən yeni metro belə olacaq - GÖRÜNTÜLƏR

Kimyəvi reaksiya düz getmədi - Müəllim və 4 şagird yaralandı

Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını mənimsəmək istədilər

Sürücülərin diqqətinə: Bu küçələrdə 22:00-dan sonra ...

Avtobus zolağı: bu yollarda qadağa yumşaldıldı

300 min manat rüşvət alan vəzifəli şəxs həbs edildi

Mahsun Kırmızıgülə ağır itki - FOTO

İran Suriyada hərbi gücünü artıracaq

Əhaliyə XƏBƏRDARLIQ: dekabrın 6-sından 9-u axşamadək...

Qətərdə görüşəcəklər

Somər Sivrioğlu həbs edildi

"Qalatasaray"dan Messi ilə bağlı inanılmaz həmlə -Əsrin transferi ola bilər

ABB səhmdarları ilk dəfə elektron qaydada -SƏS VERƏCƏKLƏR

Bütün xəbərlər