BAKU Azərbaycan
°C

Son vaxtlar Azərbaycanın müxtəlif ərazilərində zəlzələ baş verir. Azərbaycanın seysmoaktiv zona olduğu məlumdur. Bununla belə son günlərdə ardıcıl yeraltı təkanların qeydə alınması xeyli narahatlıq doğurur.

Bəs, bu aktivlik nəylə bağlıdır?

Suala AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli cavab verib.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, zəlzələrin sayı artmayıb:

“Sadəcə bəzi ərazilərdə aktivlik müşahidə olunur. Ümumilkdə isə gün ərzində ölkə ərazisində 30-40 yeraltı təkanlar olur. Amma bu təkanların əksəriyyəti hiss edilmir. Lakin hiss olunan təkanlar da az olmur. Məsələn, son vaxtlar Mingəçevirdə, Şamaxıda və Laçında olan yeraltı təkanlar hiss olunmuşdu. Amma Xəzər dənizində son bir ayda 6 təkan olub. Lakin bu  təkanlar əsasən hiss olunmayıb.

Təkanların çox olması yaxşıdır ki, enerji boşalması gedir. Azərbaycan kimi seysmoaktiv bölkə üçün sükutun olması yaxşı deyil. Çünki təkan az olanda enerji toplanır və nə vaxtsa bu enerjinin parçalanması baş verəndə daha güclü zəlzələyə səbəb olur. Ona görə də təşvişə əsas yoxdur”.

Baş direktor qeyd edib ki, yaxın günlərdə elə bir güclü, katostrafik zəlzələnin olma ehtimalı yoxdur:

“Amma xırda təkanlar olub, olur, olacaq. Dağıdıcı zəlzələ ola bilər, olmalıdır da. Əgər 30-40 təkan varsa onun içərisində hiss ediləni də olmalıdır. Yenə deyirəm, bununla belə dağıdıcı təkanların olması gözlənilmir”.

Son xəbərlər

Bakıda bu yol bir neçə saat bağlı olacaq

Rus ordusu Volnoye Poleni ələ keçirdi

Tramp 11-ci dəfə baba oldu - FOTO

Bu həkimlər 9000 manat cərimələnəcək

Kartdan pul çəkənlər daha tez tapılacaq - Yeni qayda

Bəzi ərazilərdən Azərbaycana ət məhsullarının gətirilməsinəməhdudiyyət qoyuldu

Azərbaycan dili imtahanının nəticələri açıqlandı

Ermənistanda zəlzələ oldu

Ev sahibinin ayaqqabısı Ərdoğanın marağına səbəb oldu - VİDEO

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Kirayə qalanlara ŞAD XƏBƏR

Təhsildə müasir TRENDLƏR - Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi –FOTO/VİDEO

Pensiya alanların nəzərinə - Dəyişiklik edilir

Məktəblərin bağlanma vaxtı dəyişə bilər

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - Canlı

İstiliyin verilməsinin vaxtının dəyişdirilir

Bakı metrosunun bir xəttində ancaq YENİ NƏSİL qatarlar olacaq – RƏSMİ

Emmanuel Makron Prezident İlham Əliyevlə görüşdü - VİDEO

Prezident İlham Əliyev Albaniyada Böyük Britaniyanın Baş naziri Kir Starmerla görüşüb

İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğanla görüşüb

Bütün xəbərlər