06.12.2024 / 15:54
131
Bu tarixədək leysan yağacaq - Xəbərdarlıq
Bu gün axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı gözlənilir.
Gundem.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, dekabrın 7-si axşam şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan, Quba-Qusarda leysan xarakterli olacağı, çaylarda isə sululuğun artacağı ehtimal olunur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay