BAKU Azərbaycan
°C

Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutunun gediş haqqı qiyməti açıqlanıb.

Bu barədə Gundem.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, ekspres xətt üzrə gediş haqqı 0.80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Sərnişinlərin daşınması "BakuBus" MMC-nin 17 "Neoplan" markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək.

Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri "Bağça Şəhər" yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə "20 Yanvar" metrostansiyası ("Azərsu" ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib.

Əks istiqamətdə isə başlanğıcını metrostansiyanın Sumqayıt istiqamətinə olan çıxışında götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcək.

Qeyd edək ki, Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.

Son xəbərlər

Azərbaycana ucuz avtomobillər gətirildi - VİDEO

Abdolbari Gözəl vəfat etdi

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

"Barselona”dan yeni rekord: 20 milyon...

Bu rayonlara qar yağır

İmişlidə qəza: hadisə yerində xuliqanlıq edənlər saxlanıldı

TƏBİB-dən İmişlidəki qəza ilə bağlı açıqlama

Hökumənin ailəsindən oğurlanan pul belə geri qaytarıldı

Sürücülərə xəbərdarlıq!

3 uşaq atasının meyiti tapıldı

Deniz Akkaya 13 il müddətinə həbs edildi

Velosipedini qırmızı xalçada parkinq etdi, cərimələndi

Polis əməliyyatlar keçirdi - 38 nəfər saxlanılıb

Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq

Belçika millisinin baş məşqçisi istefayaGÖNDƏRDİ

Müdafiə Nazirliyi məlumat yaydı -VİDEO

İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır!

Cəbrayıla daha 42 ailə yola salındı

Maşın eşşək arabası ilə toqquşdu: ölən var

Qəzza ilə bağlı atəşkəs: 5 ölkə nəzarət edəcək

Bütün xəbərlər