Cəmiyyət
25.12.2024 / 15:00
7038
Qəzadan sonra təyyarənin salonundan İLK GÖRÜNTÜLƏR –ANBAAN VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərində qəzaya uğrayıb.
Gundem.az xəbər verir ki, Rusiya KİV qəzadan sonra təyyarənin salonundan ilk görüntüləri yayıb.
Sözügedən görüntülərdə qəzadan sonra sərnişinlərin təyyarədən necə çıxmağa çalışdıqları öz əksini tapıb.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay