BAKU Azərbaycan
°C

Aktrisa Çimnaz Sultanovanın ölümü sənət aləmindəki şəxsləri kədərləndirməklə bərabər, həm də təəccübləndirdi. Hətta ölüm xəbəri yayılandan sonra belə bunun yalan ola biləcəyini güman edirdilər. Aktrisanın ağır xəstəlikdən əziyyət çəkdiyi də elə məhz ölümü ilə üzə çıxdı. Əksər sənət dostları mərhumun bu barədə heç nə danışmadığını, xəstəliyini hər kəsdən gizli saxladığını dedilər.

Bəs onun xəstəliklə tək mübarizə aparması, bunu gizlətməsinə nə səbəb olub? Ümumiyyətlə, insanların problemlərini, xəstəliklərini gizlətməsi hansı psixoloji amillə bağlıdır?

Milli.Az xəbər verir ki, psixoloq Vüsalə Rüstəm məsələni yenisabah.az-a belə şərh edib:

"Normal insan sağlamlığı da, xəstəliyi də düzgün qiymətləndirə bilir. Bizə miras qalan xəstəliyi gizlətməyin bir keçmişi var ki, o da Sovetlər dönəmindən bizə yadigardır. Çox insan bunu dansa belə bu belədir. O dönəmdə xəstəliyi tənəyə çevirirdilər. Filankəsin oğlu xəstədir, qızı xəstədir, özü xəstədir. Xəstələnmək normal insan halı olsa da, sovetlər kimi qapalı rejimlərdə xəstə psixologiya formalaşmışdı. Xəstə adamı lağa qoymaq, tənə etmək, hər onu görəndə xəstəliyi barədə soruşmaq kimi hallar var idi".

Psixoloq həmin "ənənə"nin bu gün də davam etdiyini bildirib:

"Qapalı rejimin dar çərçivədə yaratdığı qüsur bu gün də o dövrü görən insanlarımıza yadigar qalıb. Ona görə də bir çox insan xəstəliyini gizlədir, belə xəbərin yayılmasından qorxur. Halbuki bəzən xəbər yayılsa bəlkə də çox sayda insan ona kömək edə bilər, daha yaxşı həkimlər və düzgün müalicə ala bilər. Vaxtında xəstəlik barədə  məsləhət və geniş məlumat xəstəliklərin sağalması üçün atılan ən vacib addımdır. Çox gözəl haldır ki, gənc nəsil artıq bu yararsız və ötürülmüş mirasdan can qurtarıb,kompleksiz şəkildə xəstəliyi barədə danışır, kömək istəyir".

Ekspert bu məsələdə psixoloji dəstəyin fayda vermədiyini də vurğulayıb:

"Psixoloji dəstək qrupları və terapiya nə yazıq ki, yaxın keçmişi görən insanlara heç cür təsir etmə gücü yoxdur. Nəinki xəstəliyini, bütün keçirdiyi hisslərini gizlədir və danışmağı qüsur hesab edirlər".

Son xəbərlər

Mətanət İsgəndərlinin keçmiş gəlini "Sənətiniz yoxdur!" deyən aparıcıya cavab verdi

Azərbaycan icmasının üzvü ABŞ-da sertifikatlarla təltif olundu

Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Şahbaz Şərif 3 günlük Azərbaycana gəlir

İlyas İsmayılov vəsiyyət etdiyi yerdə dəfn olunacaq

Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi- 13 il sonra

Tom Kruz məşhur aktrisa ilə eşq yaşayır? -FOTO

ABŞ mətbuatı Azərbaycanı İsrailin mühümmüttəfiqi adlandırdı

Sabah bu ərazidə qaz olmayacaq

Türkiyədə universitetdə silahlı incident - Yaralılar var

Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü - Həbs edildi

Afət Telmanqızına qarşı dələduzluq edildi

AFFA-dan bu kluba xəbərdarlıq

FHN helikopteri ilə vəhşi heyvanların peyvəndləməsi aparıldı - VİDEO

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Daşkəsəndə 2 nəfər "Zil"in altında qaldı

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq

Prezident Azər Qasımovu vəzifəsindən azad etdi

Bu il yeni doğulan uşaqlara ən çox verilən adlar - SİYAHI

Bütün xəbərlər