BAKU Azərbaycan
°C

2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metro stansiyası tikiləcək, bununla da 4 kəsişmə stansiyası olacaq.

Gundem.az xəbər verir ki, bunu bu gün 20 Yanvar metrostansiyasında jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov deyib.

O qeyd edib ki, bu, Bakı şəhərinin ümumi mobilliyinin təmin olunması sahəsində görüləcək tədbirlərdən biridir.

"Müxtəlif mənbələrdən əldə olunmuş milyonlarla data təhlil edilərək paytaxt sakinlərinin hərəkət trayektoriyası müəyyən edilib, sıxlıq yaradan səbəblər və "dar boğaz"ların həll edilməsi metodları təhlil olunub. Ümumilikdə, ictimai nəqliyyatın bütün sahələri təhlil edilərək Bakı şəhərinin mobillik planı hazırlanıb", - deyə o bildirib.

V.Alanov həmçinin əlavə edib ki, yeni 10 stansiyanın konseptual yerləri artıq bəllidir.

"Hazırda metropolitenin infrastrukturunda iki kəsişmə stansiyası mövcuddur. Birincisi, Memar Əcəmi stansiyasında Bənövşəyi xətt ilə Yaşıl xəttin kəsişməsi, digəri isə 28 May stansiyasında Qırmızı xətt ilə Yaşıl xəttin kəsişməsidir. Tikiləcək 10 stansiyada isə 4 əlavə kəsişmə olacaq. Bunlar metronun Nizami stansiyasında Bənövşəyi xətt ilə Yaşıl xəttin, Sahil metrosunda Qırmızı xətt ilə Bənövşəyi xəttin, Xətai metrosunda Yaşıl xətt ilə Bənövşəyi xəttin və nəhayət, Həzi Aslanov stansiyasında Yaşıl xətlə Qırmızı xəttin kəsişməsi olacaq. Bu kəsişmələr sərnişinlərə daha çevik marşrutlarla hərəkət etməyə və sıxlığın azalmasına ciddi təsir göstərəcək", - deyə o qeyd edib.

Son xəbərlər

Mətanət İsgəndərlinin keçmiş gəlini "Sənətiniz yoxdur!" deyən aparıcıya cavab verdi

Azərbaycan icmasının üzvü ABŞ-da sertifikatlarla təltif olundu

Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Şahbaz Şərif 3 günlük Azərbaycana gəlir

İlyas İsmayılov vəsiyyət etdiyi yerdə dəfn olunacaq

Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi- 13 il sonra

Tom Kruz məşhur aktrisa ilə eşq yaşayır? -FOTO

ABŞ mətbuatı Azərbaycanı İsrailin mühümmüttəfiqi adlandırdı

Sabah bu ərazidə qaz olmayacaq

Türkiyədə universitetdə silahlı incident - Yaralılar var

Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü - Həbs edildi

Afət Telmanqızına qarşı dələduzluq edildi

AFFA-dan bu kluba xəbərdarlıq

FHN helikopteri ilə vəhşi heyvanların peyvəndləməsi aparıldı - VİDEO

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Daşkəsəndə 2 nəfər "Zil"in altında qaldı

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq

Prezident Azər Qasımovu vəzifəsindən azad etdi

Bu il yeni doğulan uşaqlara ən çox verilən adlar - SİYAHI

Bütün xəbərlər