BAKU Azərbaycan
°C

Metroda sıxlığın azaldılması ən aktual problemlərdən biridir. Buna ilkin mərhələdə intervalın azaldılması yolu ilə nail olmaq mümkündür. Bunun üçün infrastrukturun təkmilləşdirilməsi vacibdir. Ən mühüm addımlardan biri Qırmızı xətt ilə Yaşıl xəttin birləşdiyi Cəfər Cabbarlı və 28 May stansiyalarında xətlərin ayrılmasıdır.

Gundem.az  xəbər verir ki bunu bu gün "20 Yanvar" metrostansiyasında jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov deyib.

O qeyd edib ki, dünya praktikası da göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi sıxlığın azaldılması üçün mühüm əhəmiyyət kəsb edir.

"İlkin planımıza əsasən, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını ayırmaq nəzərdə tutulur. Belə ki, "Dərnəgül" stansiyasından gələn qatarlar "Xətai" stansiyasına qədər davam edəcək, "İçərişəhər" stansiyasından yola düşən qatarlar isə "Həzi Aslanov" istiqamətində hərəkət edəcək. Bununla intervalları qismən azaldacağıq", - deyə o bildirib.

Hazırda Qırmızı və Yaşıl xətlərə yalnız bir, "Nərimanov" deposunun xidmət göstərdiyini vurğulayan Vüsal Aslanov "Dərnəgül" deposunun istifadəyə verilməsi planlaşdırıldığını qeyd edib.

"Bu depo istifadəyə verildikdən sonra Yaşıl xəttin müstəqil deposu olacaq. Növbəti tədbirlərimizdən biri "İçərişəhər" və "Xətai" stansiyalarında geridönüş tunellərinin təkmilləşdirilməsidir. Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur. Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar.

Metroda sıxlığın azaldılması üçün dayanıqlı elektrik gərginliyinin təmin olunması da vacibdir. Yeni nəsil vaqonlardan istifadə edirik və bu vaqonların enerji sərfiyyatı köhnə nəsil vaqonlardan daha çoxdur. Bu həllər növbəli qaydada idarə olunacaq. Yaxın gələcəkdə bu məsələlər həll olunduqca, qatarların intervalında müəyyən azalmaları hiss edəcəyik. Bu tədbirlər bütövlükdə bir il yarım, iki il ərzində davam edəcək və bütün xətt boyunca intervallarımızı iki dəqiqəyə qədər azalda biləcəyik",- deyə sədr bildirib.

Son xəbərlər

Mətanət İsgəndərlinin keçmiş gəlini "Sənətiniz yoxdur!" deyən aparıcıya cavab verdi

Azərbaycan icmasının üzvü ABŞ-da sertifikatlarla təltif olundu

Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Şahbaz Şərif 3 günlük Azərbaycana gəlir

İlyas İsmayılov vəsiyyət etdiyi yerdə dəfn olunacaq

Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi- 13 il sonra

Tom Kruz məşhur aktrisa ilə eşq yaşayır? -FOTO

ABŞ mətbuatı Azərbaycanı İsrailin mühümmüttəfiqi adlandırdı

Sabah bu ərazidə qaz olmayacaq

Türkiyədə universitetdə silahlı incident - Yaralılar var

Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü - Həbs edildi

Afət Telmanqızına qarşı dələduzluq edildi

AFFA-dan bu kluba xəbərdarlıq

FHN helikopteri ilə vəhşi heyvanların peyvəndləməsi aparıldı - VİDEO

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Daşkəsəndə 2 nəfər "Zil"in altında qaldı

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq

Prezident Azər Qasımovu vəzifəsindən azad etdi

Bu il yeni doğulan uşaqlara ən çox verilən adlar - SİYAHI

Bütün xəbərlər