
Cəmiyyət
04.02.2025 / 13:19
104
Bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq fevralın 6-8-də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Gundem.a-za Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq ayın 8-dək hava şəraiti dəyişəcək.
Belə ki, havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə isə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay