BAKU Azərbaycan
°C

Bu il Azərbaycandan olan məktəblilərin “SpaceX” daşıyıcı raketi vasitəsilə “PocketQube” piko-peykini kosmik orbitə buraxması planlaşdırılır.

Gundem.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") istinadən xəbər verir.

Məlumata görə, bu, "Azərkosmos"un nəzdində KOSMİK Akademiyanın təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə Təhsil İnstitutu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” MMC, Braziliya Kosmik Agentliyi və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə keçirilən “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cu sinif şagirdləri arasında baş tutacaq.

“PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.

Standart olaraq ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.

“SpaceX”in “birgə buraxılış proqramı” (“rideshare”) vasitəsilə kiçik peyklərin orbitə buraxılması xərclərinin azalması layihənin iqtisadi baxımdan daha əlçatan olmasını təmin edir. “Rideshare” proqramının mahiyyəti ondan ibarətdir ki, bir raket buraxılışı zamanı müxtəlif müştərilərə məxsus olan kiçikölçülü peyklər eyni anda orbitə çıxarılır.

Bundan əlavə, “SpaceX”in yüksək etibarlı buraxılış platforması “PocketQube” peykinin təhlükəsiz şəkildə orbitə çatdırılmasını təmin edəcək və layihənin texniki və elmi məqsədlərinin uğurla həyata keçirilməsinə imkan yaradacaq.

Bu təşəbbüslər azərbaycanlı məktəblilərin beynəlxalq kosmik texnologiyalara inteqrasiyasını, qabaqcıl texnologiyaların təhsilə mühüm təsirini, məktəblilərin rəqəmsal savadlılığının artırılması istiqamətində atılan addımların rolunu bir daha vurğulayır.

Bundan əlavə, bu layihələr gəncləri məktəb yaşlarından yerli və beynəlxalq səviyyədə yeni əməkdaşlıq qurmağa, praktiki tətbiqlər vasitəsilə nəzəri biliklərini mürəkkəb layihələrdə tətbiq etməyə təşviq edir.

Son xəbərlər

1091-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Tolik Röyadan yazdı: “Çuşka yığını...” -VİDEO

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb - FOTOLAR

Erməni əsilli polis Rusiyada barda dava saldı - VİDEO

AAYDA gücləndirilmiş iş rejimində çalışır

Florida ştatında 26 fevral tarixi Xocalının Anım Günü elan edilib - FOTO

AFFA rəsmisi “Qalatasaray”ın avrokubok matçında

"Titanik"in aktrisası bu dəfə rejissor olacaq

Ağcabədidə qanunsuz tikili söküldü - VİDEO

Hande Erçellə Hakan Sabancı filmdəki açıq-saçıq səhnələrə görə ayrılıb

"Nutella-nın atası" vəfat etdi

Bu şəxslərin işə qəbulu üçün müraciətvaxtı uzadıldı

Azərbaycan millisi məğlub oldu

Su mühərrikini işə salarkən öldü

Hava Limanı yolunda sürət həddi endirildi

Hava şəraitinə görə texnikalar hazır vəziyyətə gətirildi

Ər-Riyaddakı danışıqlar başa çatdı - Video - Yenilənib

Zərurət olduqda bəzi yollarda sürət həddi endiriləcək- RƏSMİ

Hər iki futbolçu 15 fevral gecəsi, yuxuda olarkən öldü...

Kəngərlidə hərbi sursatlar tapılıb

Bütün xəbərlər