BAKU Azərbaycan
°C

ABŞ-nin Florida ştatının Mayami-Deyd dairəsində 2025-ci ilin 26 fevral tarixi Xocalının Anım Günü elan edilib.

Gundem.az xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava, Komissarlar Şurasının sədri Anthony Rodriguez (Entoni Rodriges) Bəyannamə imzalayıb.

Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 600-dən çox günahsız insanın, mülki şəxsin amansızlıqla qətlə yetirildiyi qeyd olunub. Beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”un (HRW) Xocalı soyqırımını regionda baş verən ən dəhşətli qətliam adlandırdığı vurğulanıb. Dairə sakinləri Xocalı soyqırımının 33-cü ildönümünü, anım gününü xüsusi hörmət və ehtiramla qeyd etməyə dəvət olunub.

Sənəd Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə imzalanıb və Assosiasiyanın rəhbəri Töhfə Eminovaya təqdim edilib.

2006-ci ildə Mayamidə yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) Azərbaycanın tarixi, mədəniyyəti və həqiqətlərinin ABŞ-də təbliği, Amerika və Azərbaycan gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır. 

 

Son xəbərlər

ABŞ Ermənistana hərbi texnika daşıyacaq

ABŞ-dan İrana sərt xəbərdarlıq: Bununla barışa bilmərik

Zubir “Qarabağ”da 300-cü oyununa çıxdı

Ermənistan bu tarixdən bütün uçuşları dayandıracaq

"Baydenin imzaladığı əfv sənədləri etibarsızdır"

Trampı mikrofonla zəhərləmək istəyiblər? -VİDEO

80 yaşlı Türkan Şorayın ÇƏTİN ANLARI - VİDEO

Pula daha çox meyilli BÜRCLƏR

Azərbaycanlı müğəninin ailəsində ağır İTKİ

NK-dan DİN əməkdaşlarının maaşı ilə bağlı qərar

Bayramov Fələstinin səfirini qəbul etdi

"Unibank"dan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Azərbaycanda meyvə-tərəvəz daha da BAHALAŞACAQ? – VİDEO

Azərbaycan bu gün İsraillə müqavilələr imzalayacaq

Bakı aeroportu da gücləndirilmiş rejimə keçir

Alla Puqaçova ciddi əməliyyat keçirdi

Bakıda kişi restoranda iftar zamanı ÖLDÜ

Qatardan istifadə edənlərə ŞAD XƏBƏR

Türkiyəli jurnalistlər ilin-günün bu vaxtı İrəvana niyə getdi?

Bu da Xalq artistinin Türkiyədəki dəbdəbəli VİLLASI - VİDEO

Bütün xəbərlər