BAKU Azərbaycan
°C

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət edib.

AAYDA-dan Gundem.az-a verilən məlumata görə, hazırda qurum gücləndirilmiş iş rejimində çalışır.

“Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, tələb olunan miqdarda qum və texniki duz ehtiyatı toplanıb.

Qarın çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. 

Agentlik tərəfindən yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinin hərəkətində problemlər yarana bilər. 

Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda sıxlığın yaranmasına gətirib çıxara və qar təmizləyən texnikaların problemli ərazilərə cəlb olunmasına maneə törədə bilərlər. Bu üzdən sürücülərin də qış fəslinə hazır olmaları və idarə etdikləri nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etmələri xahiş olunur.

Vətəndaşlar avtomobil yollarında yarana biləcək hər-hansı problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) zəng edərək məlumat verə bilərlər”, - məlumatda vurğulanıb.

Son xəbərlər

Ötən ay doğulan uşaqların sayı məlum oldu

ABŞ Ermənistana hərbi texnika daşıyacaq

ABŞ-dan İrana sərt xəbərdarlıq: Bununla barışa bilmərik

Zubir “Qarabağ”da 300-cü oyununa çıxdı

Ermənistan bu tarixdən bütün uçuşları dayandıracaq

"Baydenin imzaladığı əfv sənədləri etibarsızdır"

Trampı mikrofonla zəhərləmək istəyiblər? -VİDEO

80 yaşlı Türkan Şorayın ÇƏTİN ANLARI - VİDEO

Pula daha çox meyilli BÜRCLƏR

Azərbaycanlı müğəninin ailəsində ağır İTKİ

NK-dan DİN əməkdaşlarının maaşı ilə bağlı qərar

Bayramov Fələstinin səfirini qəbul etdi

"Unibank"dan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Azərbaycanda meyvə-tərəvəz daha da BAHALAŞACAQ? – VİDEO

Azərbaycan bu gün İsraillə müqavilələr imzalayacaq

Bakı aeroportu da gücləndirilmiş rejimə keçir

Alla Puqaçova ciddi əməliyyat keçirdi

Bakıda kişi restoranda iftar zamanı ÖLDÜ

Qatardan istifadə edənlərə ŞAD XƏBƏR

Türkiyəli jurnalistlər ilin-günün bu vaxtı İrəvana niyə getdi?

Bütün xəbərlər