BAKU Azərbaycan
°C

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və ölkəmizə gətirilərək Yeni Klinikaya yerləşdirilən şəxslərdən sonuncu pasiyent də xəstəxanadan buraxılıb.

Gundem.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, Yeni Klinikanın Reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan qadının vəziyyəti qənaətbəxş hesab edilib: “Bununla belə pasiyentin tibbi reabilitasiyaya ehtiyacı olduğu nəzərə alınaraq, müalicəsinin TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tibbi Reabilitasiya Mərkəzində davam etdirilməsinə qərar verilib. 

Məlumat üçün bildirək ki, bundan əvvəl Yeni Klinikadan Tibbi Reabilitasiya Mərkəzinə təxliyə edilən, orada müalicə alan digər iki nəfərin vəziyyəti qənaətbəxş hesab edildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Bir müddət əvvəl öz istəyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına köçürülən şəxs də bu gün ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edilib ki, ambulator müalicə üçün evə yazılan hər bir şəxsin sağlamlıq durumu yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.

Son xəbərlər

Bu ölkə Belçikanın bütün diplomatlarını qovur

“Barselona” Levandovskinin yerinə hücumçu axtarır

Peskov Trampın sözünü təsdiqlədi: Doğrudur!

Ötən ay doğulan uşaqların sayı məlum oldu

ABŞ Ermənistana hərbi texnika daşıyacaq

ABŞ-dan İrana sərt xəbərdarlıq: Bununla barışa bilmərik

Zubir “Qarabağ”da 300-cü oyununa çıxdı

Ermənistan bu tarixdən bütün uçuşları dayandıracaq

"Baydenin imzaladığı əfv sənədləri etibarsızdır"

Trampı mikrofonla zəhərləmək istəyiblər? -VİDEO

80 yaşlı Türkan Şorayın ÇƏTİN ANLARI - VİDEO

Pula daha çox meyilli BÜRCLƏR

Azərbaycanlı müğəninin ailəsində ağır İTKİ

NK-dan DİN əməkdaşlarının maaşı ilə bağlı qərar

Bayramov Fələstinin səfirini qəbul etdi

"Unibank"dan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Azərbaycanda meyvə-tərəvəz daha da BAHALAŞACAQ? – VİDEO

Azərbaycan bu gün İsraillə müqavilələr imzalayacaq

Bakı aeroportu da gücləndirilmiş rejimə keçir

Alla Puqaçova ciddi əməliyyat keçirdi

Bütün xəbərlər