BAKU Azərbaycan
°C

Hər 12 nəfərin birində rast gəlinən böyrək daşları əzab verici ağrılarla və ani başlayan ciddi şikayətlərlə həyatımızı mənfi təsir edə bilər. Ürəkbulanma, qusma və dözülməz ağrılar, çox vaxt təcili yardımın çağırılmasına səbəb olur. 

Gundem.az Milli.Az-a istinadən xəbər verir ki, urologiya mütəxəssisi Dos. Dr. Emre Karabay böyrək daşlarının qarşısını almaq üçün atılacaq 8 mühüm addımı izah edib.

Gündə 2 Litr Su İçin: Böyrək daşlarının əmələ gəlməsinin qarşısını almaq üçün kifayət qədər su içmək vacibdir. Gündə 2-2,5 litr su içmək orqanizmi toksinlərdən təmizləyir və böyrək daşlarının yaranma riskini 40% azaldır.

Duz İstehlakını Azaldın: Həddindən artıq duz istehlakı böyrək daşlarının yaranmasını stimullaşdırır. Gündə 2 qramdan artıq duz qəbulu bu riski 30% artırır.

Müntəzəm Məşq Edin: Həftədə 3-4 dəfə 30-60 dəqiqəlik kardio məşqləri, böyrək daşlarının yaranma riskini azaldır və maye balansını qoruyur.

Meyvə, Tərəvəz və Lifli Qidalar Yeyin: Meyvə və tərəvəzlər, yüksək su tərkibləri ilə bədənin maye balansını dəstəkləyir və sidiyin pH-nı artıraraq daş əmələ gəlməsinin qarşısını alır.

Oksalatla Zəngin Qidalardan Uzaq Durun: İspanaq, çuğundur və qoz-fındıq kimi oksalatla zəngin qidaların aşırı istehlakından çəkinin. Yüksək oksalat səviyyələri kalsium oksalat daşlarının yaranmasına səbəb ola bilər.

C Vitamini Əlavələrini Təsadüfən Qəbul Etməyin: Yüksək dozada C vitamini qəbul etmək, kalsium oksalat daşları yaranma riskini artıra bilər.

Heyvan Zülalını Məhdudlaşdırın: ət, toyuq və balıq kimi heyvani zülalların çox istehlakı, daş əmələ gəlməsini artıran metabolik dəyişikliklərə səbəb olur.

Kalsium Qəbuluna Diqqət Edin: Yeterli kalsium almadıqda, böyrək daşlarının yaranma riski artır. Lakin, həkim məsləhəti olmadan kalsium əlavələrindən qaçın.

Böyrək daşlarının yaranma riskini azaltmaq üçün bu tədbirləri həyatınıza daxil etməklə sağlamlığınızı qorumaq mümkündür.

Son xəbərlər

ABŞ-dan İrana sərt xəbərdarlıq: Bununla barışa bilmərik

Zubir “Qarabağ”da 300-cü oyununa çıxdı

Ermənistan bu tarixdən bütün uçuşları dayandıracaq

"Baydenin imzaladığı əfv sənədləri etibarsızdır"

Trampı mikrofonla zəhərləmək istəyiblər? -VİDEO

80 yaşlı Türkan Şorayın ÇƏTİN ANLARI - VİDEO

Pula daha çox meyilli BÜRCLƏR

Azərbaycanlı müğəninin ailəsində ağır İTKİ

NK-dan DİN əməkdaşlarının maaşı ilə bağlı qərar

Bayramov Fələstinin səfirini qəbul etdi

"Unibank"dan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Azərbaycanda meyvə-tərəvəz daha da BAHALAŞACAQ? – VİDEO

Azərbaycan bu gün İsraillə müqavilələr imzalayacaq

Bakı aeroportu da gücləndirilmiş rejimə keçir

Alla Puqaçova ciddi əməliyyat keçirdi

Bakıda kişi restoranda iftar zamanı ÖLDÜ

Qatardan istifadə edənlərə ŞAD XƏBƏR

Türkiyəli jurnalistlər ilin-günün bu vaxtı İrəvana niyə getdi?

Bu da Xalq artistinin Türkiyədəki dəbdəbəli VİLLASI - VİDEO

Xocalıda 33 il sonra Novruz tonqalı yandırılacaq - FOTOLAR

Bütün xəbərlər