BAKU Azərbaycan
°C

Yayın gəlişi ilə istirahət mərkəzləri, kurort və sanatoriyalara üz tutan insanların sayında artım müşahidə olunur. İstirahətə öz hesabına gedənlər də var, dövlət hesabına göndərilənlər də.

Bəs kimlər dövlət hesabına yəni pulsuz istirahətə gedə bilər? 

Gundem.az Milli.Az-a istinadən xəbər verir ki, bu 2 yolla mümkündür: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə və Sosial xidmətlər agentliyi vasitəsi ilə. 

Güzəştli şərtlərlə göndərişi necə almaq olar? 

Güzəştli və ya pulsuz kurort verilməsi Nazirlər Kabinetinin 406 və 128 saylı qərarları ilə tənzimlənir. Bu sənədlərə əsasən, işləməyən, əlilliyi olan şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar, ikinci dünya müharibəsinin iştirakçıları, işləməyən şəhid ailəsi üzvləri, Çernobil əlilləri və onların ailə üzvləri, digər imtiyazlı şəxslər sanarotiya, kurort yollayışı ilə təmin edilir. 

Bəs həmin şəxslər hara müraciət etməlidir?

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin Departament Rəhbəri Azər Rzayev bildirib ki, sanatoriya-kurort putyovkası ilə təmin olunmaq məqsədilə növbəyə alınmaq üçün Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli filiallarının sanatoriya-kurort müalicəsinə göstərişinə əsasən regionlarda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialına, Bakı şəhəri və Abşeron rayonunda isə müvafiq DOST Mərkəzinə müraciət edə bilərlər.  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da vətəndaşlara güzəştli istirahət imkanları yaradır. Amma, bu yalnız ittifaqın üzvü olan şəxslər və onların ailə üzvlərinə şamil olunur. Bu göndərişləri almaq üçün vətəndaşlar Konfederasiyasının kurort-turizm mərkəzlərinə müraciət edə bilərlər. Mərkəz İçərişəhərdə Sabir küçəsi 7 ünvanında yerləşir. 

Son xəbərlər

Bakıda yol vermək üstündə dava - Ölən var

Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər

İstanbulda davam edən afterşoklar nə vaxt bitəcək?

Telefonunuzda bu proqramlar varsə, pulunuz oğurlana bilər - DİQQƏT

Bakıda bu küçəni su basdı - VİDEO

Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

“9 ildən sonra Azərbaycana bu səfəri yüksək qarşılayırıq” - Yenilənib

Bölgələrdə tibb kollecləri açıla bilər

İstanbulda Rusiya-Türkiyə danışıqları başladı

Tibb işçiləri bu halda imtahandan azad olunacaq

Xəsarət alan məktəblinin vəziyyəti - Açıqlandı

Temperatur artır - Sabah 32 dərəcə isti olacaq

Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdır

Aprelin 25-ninən şanslı BÜRCÜ: Bu gün əsl dönüş nöqtəsi olacaq

“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi - FOTO

ATƏT-in Baş katibi İlham Əliyevin qəbulunda - FOTOlar

Bu məktəbdə 10 gündür işıqlar yanmır

İş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə!

DİN-dən XƏBƏRDARLIQ - “Telefonunuza bu mesaj gəlibsə...”

Bakıda keçiriləcək UFC yarışına bilet satışı başladı

Bütün xəbərlər