BAKU Azərbaycan
°C

Son zamanlar bəzi mağazalarda POS-terminal cihazları mövcud olsa da, müştərilərdən ödənişi "card to card" yolu ilə, yəni birbaşa kartdan karta pul köçürmə şəklində etmələri tələb olunur. Bu halda həm alıcılar çek ala bilmirlər deyə narazı qalırlar. Bundan əlavə POS-terminalla ödənişin olmaması şəffaflıq baxımından suallar doğurur. Bəs bunun cəriməsi nədir? Ümumiyyətlə, hansı mağazalarda posterminal məcburidir?

Gundem.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, illik dövriyyəsi 200 min manatı ötən sahibkarlar, yəni ƏDV ödəyiciləri üçün POS-terminalın olması mütləqdir:

"Lakin hər bir halda, əgər POS-terminal yoxdursa belə, alıcı ödənişi nağd şəkildə də edə bilər. Sadəcə burada vacib məsələ odur ki, ödəniş kartla edilirsə, bu zaman onun sahibkar hesabına yönəldilməlidir. Əgər ödəniş sahibkarın və ya satıcının şəxsi kartına edilirsə, bu, artıq vergidən yayınma halı hesab olunur".

Ə.Həsənov qeyd edib ki, bu cür hallarda qanunvericiliyə əsasən, sahibkar tutulmalı olan vergini ödəməlidir:

"Üstəlik, vergidən yayınma aşkarlandıqda həmin məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur. Bundan əlavə, gündəlik olaraq da cərimələr (peniyalar) hesablanır. Nəticədə bir günlük gecikmə belə sahibkara ikiqat zərər gətirə bilər".

Son xəbərlər

Ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Putinə əhalinin neçə faizi güvənir? - SORĞU

"Bakıda 3 evim var"

Əli Əsədov daha bir qərar imzaladı

Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

Bakıda yol vermək üstündə dava - Ölən var

Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər

İstanbulda davam edən afterşoklar nə vaxt bitəcək?

Telefonunuzda bu proqramlar varsə, pulunuz oğurlana bilər - DİQQƏT

Bakıda bu küçəni su basdı - VİDEO

Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

“9 ildən sonra Azərbaycana bu səfəri yüksək qarşılayırıq” - Yenilənib

Bölgələrdə tibb kollecləri açıla bilər

İstanbulda Rusiya-Türkiyə danışıqları başladı

Tibb işçiləri bu halda imtahandan azad olunacaq

Xəsarət alan məktəblinin vəziyyəti - Açıqlandı

Temperatur artır - Sabah 32 dərəcə isti olacaq

Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdır

Bütün xəbərlər