BAKU Azərbaycan
°C

2024-cü ilin statistikasına görə, Azərbaycanda 1 milyon 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır (nə qədər maşının işlək olub-olmamasının ayrıca statistikası yoxdur). Ölkədə ən çox avtomobil “Mersedes” markasındandır - 220 242 ədəd.

Gundem.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Sovet-Rusiya istehsalı avtomobillərin tamamının sayı (VAZ, LADA, QAZ, UAZ, “Moskviç” və s.) isə 296261 ədəddir:

“2023-cü il ilə müqayisədə 2024-də Çin istehsalı maşınların satışı, qeydiyyatı kəskin çoxalıb – “Çangan” 1 ilə 4086 ədəd (84%), BYD isə 3072 ədəd (303%) artıb.

2023-cü ildə ölkədə 66 “Rolls-Roys” qeydiyyatda idi, 2024-cü ildə bu rəqəm 74-ə çatıb, yəni 8 yeni “Rolls-Roys” satılıb, satılan avtomobillər arasında bir neçə “Rolls-Roys Ghost” da olub, bu maşınların qiyməti 1 milyon 200 min manatdır.

“Rolls-Roys”dan başqa 2024-cü ildə ölkədə çox bahalı digər maşınlar da satılıb – 35 ədəd “Yaquar”, 15 ədəd “Bentli” və s. Əgər ölkəmizdə bir nəfər də rəsmi milyonçu yoxdursa və büdcəyə milyonçu kimi vergi vermirsə, bəs 1,1 milyonluq “Rolls-Roys Ghost” avtomobilini və ya 500 minə qədər qiyməti olan “Bentli”ni kim alır?!” /Axar.az

Son xəbərlər

Onlara vəzifə verildi

Bağlı qapı arxasında qalan 2 yaşlı uşaq xilas olundu - VİDEO

Ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Putinə əhalinin neçə faizi güvənir? - SORĞU

"Bakıda 3 evim var"

Əli Əsədov daha bir qərar imzaladı

Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

Bakıda yol vermək üstündə dava - Ölən var

Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər

İstanbulda davam edən afterşoklar nə vaxt bitəcək?

Telefonunuzda bu proqramlar varsə, pulunuz oğurlana bilər - DİQQƏT

Bakıda bu küçəni su basdı - VİDEO

Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

“9 ildən sonra Azərbaycana bu səfəri yüksək qarşılayırıq” - Yenilənib

Bölgələrdə tibb kollecləri açıla bilər

İstanbulda Rusiya-Türkiyə danışıqları başladı

Tibb işçiləri bu halda imtahandan azad olunacaq

Xəsarət alan məktəblinin vəziyyəti - Açıqlandı

Bütün xəbərlər