BAKU Azərbaycan
°C

“McDonald’s Azərbaycan” şirkəti Dövlət Sosial Müdafiə Fondu ilə birgə əməkdaşlıq çərçivəsində şəhid və müharibə iştirakçılarının 58 övladının TIMO (Turkic International Mathematical Olympiad) və IMEC (International Math and English Competition) beynəlxalq olimpiadalarında iştirakına dəstək göstərib.

Yarışların nəticələrinə əsasən 14 məktəbli mükafatlara layiq yerlər tutub. İştirakçılardan TIMO olimpiadasının qalibi Antalyaya, IMEC olimpiadasının qalibi isə Avstraliyaya yola düşəcək – hər iki qalib müvafiq olimpiadaların final mərhələsində Azərbaycanı təmsil edəcək. İştirakçıların bütün xərcləri – uçuş, yerləşmə, tədbirlərdə iştirak və istirahət xərcləri “McDonald’s Azərbaycan” şirkəti tərəfindən qarşılanıb. IMEC üzrə ikinci və üçüncü yerləri tutan iştirakçılar üçün isə “Sea Breeze” istirahət mərkəzində yay düşərgəsi təşkil olunacaq.

Qaliblərin nailiyyətlərini qeyd etmək üçün “McDonald’s Azərbaycan” şəbəkəsinin restoranlarından birində təntənəli tədbir keçirilib. Şirkətin nümayəndələri uşaqları qazandıqları uğur münasibətilə təbrik edib, onlara gələcəkdə də qələbələr arzulayıb və hədiyyələrlə təltif ediblər.

Bu təşəbbüs “McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. İmzalanmış sənəd, şəhidlərin və 44 günlük Vətən müharibəsi iştirakçılarının övladlarını dəstəkləməyə yönəlmiş sosial layihələrin həyata keçirildiyi uzunmüddətli tərəfdaşlığın çərçivəsini müəyyən edir. Tərəfdaşlıq çərçivəsində artıq bir sıra layihələr uğurla gerçəkləşdirilib: beynəlxalq olimpiadalarda məktəblilərin iştirakı da daxil olmaqla təhsil təşəbbüsləri, məktəb ləvazimatlarının təmin edilməsi, yay düşərgələrinin təşkili və McDonald’s restoranlarında bayram tədbirlərinin keçirilməsi.

“McDonald’s Azərbaycan” gələcək nəsil üçün təhsil, inkişaf və inamlı gələcək imkanları yaradaraq, korporativ sosial məsuliyyət proqramlarını tətbiq etməyə davam edir.

Son xəbərlər

Ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Putinə əhalinin neçə faizi güvənir? - SORĞU

"Bakıda 3 evim var"

Əli Əsədov daha bir qərar imzaladı

Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

Bakıda yol vermək üstündə dava - Ölən var

Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər

İstanbulda davam edən afterşoklar nə vaxt bitəcək?

Telefonunuzda bu proqramlar varsə, pulunuz oğurlana bilər - DİQQƏT

Bakıda bu küçəni su basdı - VİDEO

Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

“9 ildən sonra Azərbaycana bu səfəri yüksək qarşılayırıq” - Yenilənib

Bölgələrdə tibb kollecləri açıla bilər

İstanbulda Rusiya-Türkiyə danışıqları başladı

Tibb işçiləri bu halda imtahandan azad olunacaq

Xəsarət alan məktəblinin vəziyyəti - Açıqlandı

Temperatur artır - Sabah 32 dərəcə isti olacaq

Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdır

Bütün xəbərlər