
"Uçan taksi"nin sürücüsü EVƏ BURAXILDI
Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücü evə buraxılıb.
Gündəm.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğuya cavab olaraq bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə aprelin 10-u saat 15:10-da Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü (kişi cinsli) şəxs öz istəyilə tibb müəssisəsindən evə buraxılıb.
"Aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.
Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb", - deyə məlumatda bildirilir.
Oxu.Az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay