BAKU Azərbaycan
°C

“Təklif olunan dəyişikliklərə əsasən, tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir”.

Gundem.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun təqdimatı zamanı bildirib. 

“Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və  peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq. Sertifikasiya imtahanına alternativ olaraq təklif olunan davamlı peşəkar inkişaf dedikdə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş elmi və tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və ya müstəqil davamlı peşəkar inkişaf fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanmasıdır.

Belə ki, sözügedən kreditləri toplayan şəxslər qüvvəsi 5 il olan sertifikasiya şəhadətnaməsi əldə edəcəklər. Elmi və tədris tədbirlərinin akkreditasiyası qaydası və DPİ-nin kredit ekvivalenti, bunun üçün lazım olan sənədlər və tələblər müəyyən olunaraq təsdiq ediləcək. Könüllü sınaq imtahanı istisna olmaqla sertifikasiya imtahanı ödənişsiz olacaq”, - deyə Adil Vəliyev bildirib.

O, həmçinin qeyd edib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sertifikasiya imtahanından keçməyən tibb işçisi yenidən 6 ay ərzində hazırlaşıb imtahan verə bilər.

“Bu zaman iş yeri saxlanılsa da tibb işçisinə işə gəlməyə icazə verilmir. Lakin bu müddət ərzində onun aylıq maaşının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olurdu. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulmuş və sözügedən 6 aylıq periodda işçilərin aylıq vəzifə (tarif) maaşının saxlanılması məqsədi ilə Qanuna müvafiq dəyişikliklər təklif olunur”, - deyə Adil Vəliyev bildirib.

Şöbə müdirinin sözlərinə görə, qanun layihəsi Səhiyyə Nazirliyinin təşəbbüsü ilə hazırlanıb.

Son xəbərlər

Zelenski ABŞ ilə bağlı qalmaqallı qanunu imzaladı

Röya Zaura söz atdı, sonra BARIŞDILAR - VİDEO

Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB

Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz

Dörd BÜRC üçün pul çay kimi axacaq

“Samsung”un rekord nazik smartfonu: Mayın 13-də təqdimatı olacaq

“Daha səhnəyə çıxa bilmir, çünki...” – Flora Kərimovanın köməkçisi hər şeyi açıqladı

Bu həftə bürclərə nə vəd edir?

Dünyanın ən maraqlı ÇƏHRAYI GÖLÜ - niyə oraya turistlər getmir?

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

Tovuzda traktor aşdı, yaralılar var - FOTO

Yağıntılar mayın 17-dək davam edəcək

İran Putinin səfərinə hazırlaşır

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı

Azərbaycan və Somali arasında Memorandum imzalandı - FOTOlar

AB Kiyevə silah üçün 900 milyon avro ayırır

50 yaşlı kişini aldadıb 36 min manatını mənimsədi

AZAL Hindistan və Pakistana reysləri bərpa edir

Azərbaycanda yaşayış binasında PARTLAYIŞ - Ölən və yaralılar var - VİDEO

Karateçilərimiz dünya çempionatında 5 qızıl medal qazandı

Bütün xəbərlər