BAKU Azərbaycan
°C

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub.

Gundem.az xəbər verir ki, bu barədə Milli.Az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Xoşqədəm Xudiyeva Regional Kollecin direktoru vəzifəsinə təyin edilib.

O, bu təyinatadək kollecdə direktor səlahiyyətlərini həvalə əsasında icra etməklə yanaşı, tədris işləri üzrə direktor müavini vəzifəsini də yerinə yetirirdi. Agentliyin digər əmri ilə tədris işləri üzrə direktor müavini vəzifəsinə Aslan Quliyev təyin olunub. O isə bu təyinatadək kollecdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Xoşqədəm Xudiyeva Gəncə Dövlət Universitetində "İngilis dili" ixtisası üzrə bakalavriat təhsilini başa vurub, 2022-2024-cü illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə magistr proqramını uğurla tamamlayıb. 2010-2024-cü illər ərzində Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub, həmçinin Təhsil İnstitutunda çalışıb.

Aslan Quliyev Azərbaycan Dillər Universitetində "İngilis dili müəllimi" ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə "Təhsilin təşkili və idarə olunması" magistr proqramında təhsilini davam etdirir. 2017-2024-cü illər ərzində müxtəlif məktəb və liseylərdə pedaqoji və inzibati vəzifələrdə fəaliyyət göstərib. Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator və icraçı direktor, Avropa Azərbaycan Məktəbində isə tədris üzrə müdir müavini vəzifələrində çalışıb.

Son xəbərlər

Zelenski ABŞ ilə bağlı qalmaqallı qanunu imzaladı

Röya Zaura söz atdı, sonra BARIŞDILAR - VİDEO

Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB

Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz

Dörd BÜRC üçün pul çay kimi axacaq

“Samsung”un rekord nazik smartfonu: Mayın 13-də təqdimatı olacaq

“Daha səhnəyə çıxa bilmir, çünki...” – Flora Kərimovanın köməkçisi hər şeyi açıqladı

Bu həftə bürclərə nə vəd edir?

Dünyanın ən maraqlı ÇƏHRAYI GÖLÜ - niyə oraya turistlər getmir?

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

Tovuzda traktor aşdı, yaralılar var - FOTO

Yağıntılar mayın 17-dək davam edəcək

İran Putinin səfərinə hazırlaşır

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı

Azərbaycan və Somali arasında Memorandum imzalandı - FOTOlar

AB Kiyevə silah üçün 900 milyon avro ayırır

50 yaşlı kişini aldadıb 36 min manatını mənimsədi

AZAL Hindistan və Pakistana reysləri bərpa edir

Azərbaycanda yaşayış binasında PARTLAYIŞ - Ölən və yaralılar var - VİDEO

Karateçilərimiz dünya çempionatında 5 qızıl medal qazandı

Bütün xəbərlər