BAKU Azərbaycan
°C

Qobustan Milli Tarix-Bədii Qoruğuna giriş biletlərinin qiymətləri 1 iyun 2025-ci il tarixindən etibarən bahalaşacaq.

Gundem.az xəbər verir ki, bu barədə Qobustan Milli Tarix-Bədii Qoruğu məlumat yayıb.

Belə ki, sözügedən tarixdən etibarən qoruğa gələn yerli ziyarətçilər 7, əcnəbi ziyarətçilər 20, tələbələr 3, uşaqlar (15 yaşadək) 2 manat ödəməli olacaqlar.

Qeyd edək ki, hazırda giriş qiymətləri yerli ziyarətçilər üçün 4, əcnəbi ziyarətçilər 10, tələbələr 1, məktəblilər üçün isə 0.40 AZN təşkil edir.

Əlavə edək ki, Qobustan Milli Tarixi-Bədii Qoruğu – Azərbaycanın ən mühüm tarixi və mədəni irs abidələrindən biridir. Bakıdan təxminən 60 km cənub-qərbdə yerləşən bu qoruq, qədim insan məskənlərini, qayaüstü rəsmləri (petroqlifləri), kurqanları və arxeoloji tapıntıları ilə məşhurdur.

Qoruqda 6 mindən çox qayaüstü təsvir aşkarlanıb ki, bunlar paleolit dövründən orta əsrlərə qədər olan dövrü əhatə edir. Bu rəsmlər qədim insanların gündəlik həyatını, ovçuluq səhnələrini, dini ayinlərini və ətraf mühitlə münasibətini əks etdirir.

Qobustan həm də UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir və burada dünyada nadir rast gəlinən palçıq vulkanları da mövcuddur.

Son xəbərlər

Zelenski ABŞ ilə bağlı qalmaqallı qanunu imzaladı

Röya Zaura söz atdı, sonra BARIŞDILAR - VİDEO

Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB

Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz

Dörd BÜRC üçün pul çay kimi axacaq

“Samsung”un rekord nazik smartfonu: Mayın 13-də təqdimatı olacaq

“Daha səhnəyə çıxa bilmir, çünki...” – Flora Kərimovanın köməkçisi hər şeyi açıqladı

Bu həftə bürclərə nə vəd edir?

Dünyanın ən maraqlı ÇƏHRAYI GÖLÜ - niyə oraya turistlər getmir?

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

Tovuzda traktor aşdı, yaralılar var - FOTO

Yağıntılar mayın 17-dək davam edəcək

İran Putinin səfərinə hazırlaşır

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı

Azərbaycan və Somali arasında Memorandum imzalandı - FOTOlar

AB Kiyevə silah üçün 900 milyon avro ayırır

50 yaşlı kişini aldadıb 36 min manatını mənimsədi

AZAL Hindistan və Pakistana reysləri bərpa edir

Azərbaycanda yaşayış binasında PARTLAYIŞ - Ölən və yaralılar var - VİDEO

Karateçilərimiz dünya çempionatında 5 qızıl medal qazandı

Bütün xəbərlər