BAKU Azərbaycan
°C

Dünyanın bütün sivil ölkələrinin sərnişindaşınmasında qadın sürücülər var. Sovet dövründə Azərbaycanda da qadın maşinistlər, avtobus, tramvay sürücüləri olub. Hazırda Bakıda bir neçə qadın taksi sürücüsü, metroda maşinist olsa da, avtobus sürücüsü yoxdur. Bu günlərdə “Bakubus” MMC-nin qadınların sürücülüyə cəlb olunması ilə bağlı elanı maraq doğurub, lakin ümumilikdə cəmiyyət arasında birmənalı qarşılanmayıb.  

Gundem.az
xəbər verir ki, mövzu ilə bağlı BakuBus MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva Bizim.Media-ya bildirib ki, BakuBus MMC fəaliyyətə başladığı gündən etibarən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılması ilə yanaşı gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılması da daim diqqət mərkəzində saxlayıb.

Əsmər Əliyevanın sözlərinə görə işə qəbul prosesində qadın sürücülər üçün heç bir say məhdudiyyəti qoyulmayıb: “D kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan istənilən sayda qadın namizəd işə dəvət oluna bilər. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 AZN məbləğində müəyyən olunub. İşə qəbul olunmuş sürücülər Bakı şəhəri daxilində BakuBus MMC-nin istismarında olan  bütün marşrut xətləri üzrə fəaliyyət göstərə biləcəklər”.

Bəs, qadın avtobus sürücülərinin olması xidmət səviyyəsinə necə təsir göstərəcək?

Qurum rəsmisi qeyd edib ki, Azərbaycanda ictimai nəqliyyatda qadınların sürücü kimi təmsil olunması çox nadir haldır: “Lakin biz BakuBus olaraq inanırıq ki, qadınların bu sahəyə cəlb edilməsi xidmət mədəniyyətinə, təhlükəsizlik səviyyəsinə və cəmiyyətin sosial inkişafına müsbət təsir göstərəcək”. 

Qeyd edək ki, artıq 10-dan çox xanım namizəd vakansiyaya müraciət edib.

Son xəbərlər

“AzerGold”un yerli bazarda satış gəlirləri 238% artdı

Dünya İB məktəbinin şagirdi beynəlxalq olimpiadada qızıl medal QAZANDI – FOTO

"Mançester Siti" 1 milyon dollardan çox cərimələndi

Acun Ilıcalıya pis xəbər - İki qazanc yerini İTİRDİ

Parlamentin qarşısında taksi ilə skuter toqquşdu - Yeniyetmə öldü - VİDEO

Yaşayan 10 ƏN VARLI rəssam

İzmirdə meşə yanğını: Təyyarə və helikopterlər cəlb olundu

Emin Ağalarov Azərbaycan millisində çıxış etmək istəyən Veronikadan danışdı: İstəməzdim ki...

Rəsmiyyə Həşimova baş həkim təyin olundu

Saxlanılan icra başçısı, görün, kimin qohumudur

Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarılır

Xarici diplomatlar Həkəri çayına balıq buraxıblar

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

İranın daha bir nüvə alimi öldürüldü

DTX-dən əməliyyat: Bu rayonun icra başçısı saxlanıldı

Əhalinin DİQQƏTİNƏ! Evlərin sığortalanması ilə bağlı MÜHÜM YENİLİK

Binə qəsəbəsində açıq ərazi yanır

İsrail İranda xəstəxanaları vurdu

İranda uçuş qadağasının müddəti yenidən uzadıldı

İlham Əliyev UFC-nin prezidentini qəbul etdi

Bütün xəbərlər