
Cəmiyyət
17.06.2025 / 19:00
117
4 ayda bu qədər üçəm doğulub
Yanvar-aprel aylarında 31462 doğulan körpə qeydə alınıb.
Gundem.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 31462 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,4 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,6 faiz olub. Doğulan körpələrdən 1000-i əkiz, 42-si isə üçəm olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay