BAKU Azərbaycan
°C

Dünyada 50 yaşına qədər olan insanlar arasında xərçəng halları sürətlə artır.

Gundem.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlərin fikrincə, bununla bağlı üç əsas risk amili mövcuddur ki, onlar gənc yaşda onkoloji xəstəliklərin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Xərçəngin yaranmasını sürətləndirən amillər

ABŞ-ın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən aparılan araşdırma göstərib ki, 20–49 yaş arası qrupda xərçəng hallarının sayı 1990-cı illərdən bəri 23 faiz artıb. Alimlər bununla bağlı əsas üç risk faktorunu müəyyən ediblər:

Piylənmə (artıq çəki)

Yanlış qidalanma

Az fiziki aktivlik

Xüsusilə gənclər arasında yoğun bağırsaq xərçəngi ilə bağlı araşdırmada iştirakçıların üçdə birindən çoxunun piylənmədən əziyyət çəkdiyi müəyyən olunub.

Nyu-Yorkdakı Sloan Kettering adına Onkoloji Mərkəzin professoru Neil Ayengar bildirib ki, qida rasionu gənclərdə xərçəngin inkişafında mühüm rol oynaya bilər:

“Bizim mikrobiom (bağırsaq florası) yediyimiz qidalara çox həssasdır. Mikroplastik və ya kimyəvi maddələr mikrobiomu dəyişə bilər və bu, risk amilinə çevrilə bilər. Sağlam qidalanmağa və idmana heç vaxt tez deyil başlamaq”.

Həmçinin o, şəkərli içkilər və çox emal olunmuş məhsulların potensial risklər daşıdığını qeyd edib. Bununla yanaşı, mütəxəssislər siqaretlə bağlı xərçəng hallarının demək olar ki, bütün yaş qruplarında azaldığını da müşahidə ediblər.

Xərçəngdən necə qorunmaq olar?

Müntəzəm tibbi müayinələr (skrininq)

Xərçəngi vaxtında aşkar etmək və xəstəliyin riskini azaltmaq üçün profilaktik tədbirlər, davamlı tibbi yoxlamalar və bədənin siqnallarına diqqət vacibdir. Bir çox xərçəng növü ilk mərhələdə aşkar olunduqda daha effektiv müalicə olunur.

İrsi faktorları öyrənin

Əgər yaxın qohumlarınızdan kimsə gənc yaşda (50-dən əvvəl) xərçəngə tutulubsa, genetik məsləhət almağınız tövsiyə olunur. Bəzi genlər – BRCA1, BRCA2, APC, TP53 – süd vəzisi, yumurtalıq, yoğun bağırsaq və digər xərçəng növlərinə meyilliliyi artırır.

Simptomlara diqqət yetirin

Aşağıdakı əlamətlər 2 həftədən çox davam edirsə, onları mütləq araşdırın:

İzahsız çəki itkisi

Sidikdə, nəcisdə və ya öskürəkdə qan

Daimi yorğunluq

Sərtlik və ya şişkinlik hissi (şiş)

Bəniz və xalların formasında dəyişiklik

Nəcis və ya sidik ifrazında dəyişiklik

Uzunmüddətli və səbəbsiz ağrılar

Stressi azaldın və psixi sağlamlığınıza fikir verin

Xroniki stress immun sistemini zəiflədir. Gündəlik aşağıdakı vərdişlərə əməl edin:

Gecə 7–8 saat yuxu

Təmiz havada gəzintilər

Meditasiya və nəfəs məşqləri

Sosial əlaqələrin qorunması, dostlarla ünsiyyət

Bu məlumatlar cəmiyyətin hər bir üzvü üçün vacibdir, çünki xərçəngin qarşısını almaq çox hallarda bizim həyat tərzimizdən asılıdır. Sağlam qidalanma, aktiv həyat, vaxtında tibbi müayinələr və psixoloji rifah bu yolda ən güclü silahlarınızdır. /Lent.az

Son xəbərlər

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Nazirlikdən çimərliklərlə bağlı əhaliyə - Müraciət

Ceylo bir də ərə getməyəcək - səbəbi özü açıqladı

Prezidenti sosial şəbəkələrdəki rəsmi səhifələrində Xanyurdu kəndində sakinlərlə görüşündən görüntülər paylaşılıb - VİDEO

Vəfa çətin anlar yaşadı, köməyə mühafizəçilər gəldi - VİDEO

Arif Əzizov vəfat etdi

Gənc qızın ilk iş günündə geyindiyi geyim başına bəla oldu

Bakıda ərini çarpayıdan yıxıb öldürən qadın məhkəmədə AĞLADI

“Sea Breeze”ə marşrut xətti fəaliyyətə başlayır

Sürücülərə XƏBƏRDARLIQ - Bu yol 2 gün bağlı olacaq

Premyer Liqada yeni mövsümün püşkü atıldı

1241-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

18-ci əsrdə batırılan qızıl dolu gəminin qalıqları tapıldı: Xəzinə yerindədir - FOTOLAR

Günün ULDUZ FALI - Elə qərar verilə bilər ki...

"Qızım Azərbaycandan köçdü"

Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır

Deputatlar yay tətilini harada keçirəcək? - SORĞU

ABŞ vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı

Bu tarixə qədər Azərbaycanda dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ

“Hyundai Accent” “Gelandewagen”i aşırdı - VİDEO

Bütün xəbərlər