BAKU Azərbaycan
°C

Daşınmaz əmlakın sığortalanması məsələsi hələ də ölkəmizdə populyarlıq qazanmayıb. Məhz bu səbəbdən yanğın, subasma və digər səbəblərdən əmlakları ziyan görərkən vətəndaşlar çıxılmaz vəziyyətdə qalırlar. Halbuki, daşınmaz əmlakın sığortalanması vətəndaşı bir sıra xoşagəlməz hadisələrdən və qayğılardan xilas edir.

Təbii ki, bu məsələdə maarifləndirmənin aşağı səviyyədə olması da öz sözünü deyir.

Ölkənin regionlarında yaşayanların çoxu daşınmaz əmlakın icbari sığortası barədə məlumatlı deyil və bu növ sığortaya pul verməyi itki hesab edir. Bu mənada daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhalinin maarifləndirilməsi tədbirləri davamlı olaraq həyata keçirilməlidir.

Nəzərə alaq ki, daşınmaz əmlakın icbari sığortası elektron qayda da həyata keçirilə bilir.

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki,  daşınmaz əmlakın sığortalanması elektron qaydada aparmaq mümkündür:

“Necə ki sözügedən metod avtomobillərin sığortalanmasında tətbiq edilir. Vətəndaşlar istənilən vaxtda sayta daxil olaraq əmlaklarını icbari sığorta edə bilərlər. Üstünlük odur ki, bunu cəmi 24 saat ərzində etmək mümkündür.

Elektron qaydada icbari sığorta etdirmək qaydası

Belə ki, vətəndaş elektron qaydada məlumatları yükləyir. Sığorta yazıldıqdan sonra ödənişlə bağlı telefona bildiriş kodu gəlir. Bundan sonra vətəndaş bildiriş koduna əsasən terminallarda və yaxud bank mobil tətbiqlərində ödənişi həyata keçirir. Beləliklə də sığorta müqaviləsi icra edilmiş olur.

Bu gün yazılmış müqavilə axşam saat 24-dən etibarən qüvvəyə minmiş olur. Bu sistem əmlakın sığortalanması prosesini sadələşdirir. İnsanlar bu sistem vasitəsilə sığortalayacağı daşınmaz əmlakın qiymətini də əvvəlcədən öyrənmiş olur”.

Son xəbərlər

Ərdoğandan PKK ilə bağlı ilk- Açıqlama

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

Xarici səyyahlar Cəbrayılda - FOTO

Ən həssas BÜRCLƏR: Söz deməmiş gözlərinin yaşı "süzülür"

Azərbaycanda hiss olunan zəlzələ oldu

1234-cü gün: Rusiyanın itkiləri yeniləndi

Əhaliyə xəbərdarlıq: Növbəti 3 gündə...

Ölkədə doğulan körpələrin sayı açıqlandı

“Sabah”ın qapıçısından qalmaqallı açıqlama - “Klubda mənə ayrıseçkilik olundu”

Avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb

Görün Ukrayna ABŞ-dan nə istəyir: Zalujnı xahiş etdi

Qadın iynədən şoka düşüb öldü

Azərbaycanlı müğənninin aksessuar qiymətləri "dodaq uçuqlatdı" - tək saatı 20 min manat... - FOTO

Azərbaycanda əhalinin sayı ARTDI

Faciəvi şəkildə ölən 3 azyaşlının GÖRÜNTÜLƏRİ KÖVRƏLTDİ

Azərbaycana "cəhənnəm istisi" gəlir - BU TARİXDƏN

Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Pensiyalar ödənildi

Bütün xəbərlər