BAKU Azərbaycan
°C

”Azərbaycanlılar vaxtilə Kərəm Həsənova məxsus olan və “Loti Quli”nin öldürüldüyü “Alva Donna Exclusive Hotel Spa”ya buraxılmırdı”. 

Gundem.az xəbər verir ki, bunu “Xural TV”nin rəhbəri Əvəz Zeynallı bildirib. Jurnalist 500 milyon dollardan artıq dəyəri olan otelin işçilərinin hüquqlarının pozulduğunu və bu poblemin “Lotu Quli”nin vasitəsi ilə həll olunduğunu iddia edib. Jurnalist sözügedən otelə əvvəllər azərbaycanlılardan başqa bütün millətlərin nümayənələrinin rahat daxil olduğunu da sözlərinə əlavə edib:

“Oteldəki işçilər işdən çıxarılarkən şikayətlənirdilər ki, onlara 150-200 min dollar arasında maaş ödənməlidir. Mən onların qarşılaşdıqları problemləri ictiamiləşdirdim. Bundan sonra “Lotu Quli” mənə zəng edərək mövzu ilə bağlə  Feysbukda paylaşım etdiyim yazını silməyimi rica etdi. Bildirdi ki, Kərəm Həsənovla dostdur. Qeyd edim ki, “Lotu Quli”yədək mənə bununla bağlı bir çox şəxslər də zəng vurmuşdular”.

Jurnalist “Lotu Quli”nin zəngindən sonra otel işçilərinin maaşlarının ödənildiyini bildirib:

“Mən “Lotu Quli” ilə həbsxanadan tanış idim. O, şikayətçilərin adlarını istəmişdi və mən siyahını “Lotu Quli”yə göndərmişdim. Siyahını göndərdikdən sonra şikayətçi olan şəxslər mənə zəng edib pullarını aldıqlarını və işlərini davam etdirdiklərini bildirdilər. Məhz bundan sonra həmin yazını sildim”.

Xatırladaq ki, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov 2020-ci ildə sui-qəsd nəticəsində məhz “Alva Donna Exclusive Hotel Spa”da öldürülüb. Başından 4 güllə yarası aldığı iddia olunan Nadir Səlifov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı.

Qeyd edək ki, hadisənin baş verdiyi və Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşən adıçəkilən otelin sahibi Sərxan Babayevdir. Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb.

Adıçəkilən şirkət daha sonra “Alva Donna Group” şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.

Sərxan Babayevin isə Azərbaycan Respublikası Prezident Administrasiyası Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun adamı olduğu deyilir. Bu şəxs əvvəllər “DetAl Holdinq”in baş direktoru olub. Adıçəkilən holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb.

İnci
Gundem.az

Son xəbərlər

Azərbaycanda rüşvət alan vəzifəli şəxslər HƏBS EDİLDİ

Salyanda avtomobildən qızıl-zinət əşyaları oğurlanıb? - DİN-dən AÇIQLAMA

Laçındakı ermənilər çaxnaşmaya düşdülər

Aysunun toyudur

Ərdoğan taxıl dəhlizi ilə bağlı Putin və Zelenski ilə danışacaq

Azərbaycan OPEK-in qərarını dəstəklədi

“İsveç 73 terrorçunu Türkiyəyə təhvil verəcək”

Prezidentdən pensiyaçılara daha bir dəstək – FOTO

“Zaurun müğənnini efirdən qovması qanun pozuntusudur”- Ekspertdən ETİRAZ

Üç məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi

Avropada qazın qiyməti 1600 dolları ötdü

Yalnız qoyunlar belə düşünə bilər - Zaxarova

Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı

Şuşaya iyul ayı üzrə biletlərin hamısı satılıb

"Everton"un hücumçusu, "Barselona"nın müdafiəçisi "Tottenhem"ə keçdi

Ukrayna yenizad edilən İlan adasına qoşun yerləşdirəcək

"Qalatasaray" klubu yeni transerlərə hazırlaşır

Yem əlavələrinin satışından ƏDV tutulmayacaq

Həyətində narkotik yetişdirən şəxs tutuldu

Ərdoğan rumıniyalı həmkarı ilə görüşdü

Bütün xəbərlər